“Taliban”ın kəşfiyyat xidmətinin rəhbəri məhv edilib

© AP Photo / Rahmat GulСилы ополчения во время собрания в Кабуле, когда Талибан захватил весь север (23 июня 2021). Афганистан
Силы ополчения во время собрания в Кабуле, когда Талибан захватил весь север (23 июня 2021). Афганистан - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
Kəşfiyyat xidmətinin rəhbərinin məhv edilməsinin "Taliban"ın irəliləyişinə necə təsir edəcəyi yaxın günlərdə məlum olacaq.

BAKI, 12 iyul - Sputnik. Əfqanıstanın təhlükəsizlik qüvvələri “Taliban” hərəkatının kəşfiyyat xidmətinin rəhbəri Kari Şaqasini məhv etdiklərini bildiriblər.

APA-nın xəbərinə əsasən, bu barədə məlumatı Əfqanıstan Daxili İşlər Nazirliyi yayıb.

Əməliyyat ötən gecə Lohar əyalətinin Məhəmməd Aqahi rayonunda keçirilib. Əməliyyat zamanı Şaqasinin iki əlaltısı da ələ keçib.

"Taliban"ın yenidən dirçəlişi

ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra “Taliban” iyulun əvvəlindən İran, Tacikistan, Türkmənistan, Çin və Pakistanla həmsərhəd ərazilərdə rayonlara nəzarəti ələ alıb.

Əfqanıstan Silahlı Qüvvələrinin yeni komandanı, general Vəli Məhəmməd Əhmədzay bəyan edib ki, ordunun yeni prioriteti ölkənin əsas şəhərlərini və sərhədyanı şosse yollarını taliblərdən qorumaqdır.

Onun sözlərinə əsasən, “Taliban”ın əsas məqsədi əvvəlcə malların daşındığı yolları kəsmək, sonra isə şəhər və rayonlara hücum etməkdir.

Həmçinin oxuyun:

Politoloq: ““Taliban” iqtisadi layihələrin həyata keçirilməsinə problem yarada bilər”

Taliban qadın hüquqlarının qorunacağına söz verib

Xəbər lenti
0