SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: ““Taliban” iqtisadi layihələrin həyata keçirilməsinə problem yarada bilər”

© Sputnik / Murad OrujovPolitoloq Əhməd Əlili
Politoloq Əhməd Əlili  - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
Politoloq Əhməd Əlili deyir ki, Talibanın Əfqanıstanda hakimiyyəti tamamilə ələ keçirməsi sual altındadır
Əhməd Əlili: “Əfqanıstandakı təhlükəsizliyin təminatında Çinin rolu artacaq”

“Taliban” radikal hərəkatının nümayəndə heyəti Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in Asiyada ikinci departamentinin direktoru Zamir Kabulovla görüşüb. İclasda “Taliban”ın nümayəndə heyəti öz mövqeyini bir daha təkrarlayıb ki, əfqan torpaqlarından heç kimə qarşı hücumda istifadə olunmayacaq.

Politoloq Əhməd Əlili Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Taliban"ın Əfqanıstanda hakimiyyəti tamamilə ələ keçirməsi sual altındadır: “Əfqanıstanda elə ərazilər var ki, onlar heç zaman "Taliban"a dəstək nümayiş etdirməyiblər. Ona görə də ehtimal etmək olar ki, bundan sonrakı dövrdə Əfqanıstanın idaəretməsində ikihökumətlilik olsun. O da bəllidir ki, "Taliban"ın güclənməsi regional iqtisadi layihələrin həyata keçirilməsinə problem yarada bilər. Belə layihələrdən danışarkən Çin yada düşür. Bu baxımdan Əfqanıstandakı təhlükəsizliyin təminatında Çinin rolu artacaq. Çinin bunu bacara bilməsi isə ciddi sual altındadır”.

Əhməd Əlilinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0