Taliban qadın hüquqlarının qorunacağına söz verib

© AFP 2024 / Noorullah ShirzadaБоевики ИГ (запрещена в России) и движения Талибан в полицейском отделении в Афганистане. Архивное фото
Боевики ИГ (запрещена в России) и движения Талибан в полицейском отделении в Афганистане. Архивное фото  - Sputnik Azərbaycan, 1920, 20.06.2021
Abunə olmaq
Taliban hərəkatının siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Bəradər bildirib ki, Əfqanıstandan xarici qoşunların çıxmasından sonra ölkədə qurulacaq yeni sistemlə bağlı hər kəsdə sualların olması onlara da bəllidir.

BAKI, 20 iyun - Sputnik. Taliban hərəkatı bazar günü verdiyi açıqlamada Əfqanıstan hökuməti ilə danışıqlara sadiq olduğunu bildirib.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, hərəkat əsl islam prinsipləri əsasında ölkədə qadın hüquqlarının işə salınması və bu hüquqların əfqan mədəniyyətinə uyğun bir şəkildə tətbiqində maraqlı olduğunu ifadə edib.

Əfqanıstandan xarici qoşunların çəkilməsindən sonra Talibanla silahlı toqquşmalar getdikcə artır. Qətərdə keçirilən danışıqlar prosesində hökumət rəsmisi bildirib ki, radikal islam qruplaşması olan Taliban tərəfindən hər hansı yazılı təkliflər verilməyib.

Əfqanıstan hökumət rəsmiləri danışıqlar prosesindəki durğunluqdan narahatlıqlarını ifadə ediblər. Taliban hərəkatının siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Bəradər bildirib ki, Əfqanıstandan xarici qoşunların çıxmasından sonra ölkədə qurulacaq yeni sistemlə bağlı hər kəsdə sualların olması onlara da bəllidir:

"Əsl İslami sistemin qurulması bütün məsələlərin həlli üçün ən yaxşı vasitədir. Danışıqlarda iştirak etməyimiz məsələlərin dinc yolla həllinə olan inamımızı göstərir. Biz əfqanıstanda islami prinsiplərə uyğun olaraq qadın hüquqlarının qorunacağına və onların işləməsi və təhsil alması üçün hüququların təmin ediləcəyini qəbul edirik".

Taliban və koalisiya qoşunlarının Əfqanıstandan çıxarılması

Qeyd edək ki, 1996-cı ildən etibarən Əfqanıstan ərazisinin çox hissəsi Taliban qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə ölkənin çox hissəsi beş ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejim tərəfindən idarə olundu.

2001-ci ildə NATO-nun rəhbərliyi altında koalisiya qoşunlarının Əfqanıstana daxil olması ilə Taliban qruplaşmasının üzvləri hakimiyyətdən devrildi və yeni demokratik hökumət quruldu.

ABŞ-ın yeni Prezidenti Co Bayden Əfqanıstanda yerləşən Amerika hərbi kontingentinin bu il sentyabrın 11-ə - 2001-ci il sentyabr hadisələrinin 20-ci ildönümünədək çıxarılmasının başa çatacağını bildirib.

11 sentyabr terroru

Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirilib. 

Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qalıb. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi.

Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Federal Təhqiqat Bürosu 3 gün içində təyyarə oğrularının siyahısını tərtib etdi. Üsamə bin Laden bu əməliyyatı Əfqanistanda bir mağarada planlamışdı. Talibana qarşı cavab hücumu tezliklə baş verdi.

Hücumdan sonra Corc Buş administarsiyası Üsəma Bin Laden və Əl Qaidə təşkilatının ədalətə təslim olunmasi və digər terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün terrorizmlə mübarizə elan etdi. Bu mübarizə terror törədən dövlətlərə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etmək, qlobal ciddi nəzarət və kəşfiyyatı artırmaq məqsədlərini hədəfləyirdi. Bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması və dünyada intensiv anti-islam təbliğatının aparılması üçün bəhanə oldu.

Xəbər lenti
0