CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus insanlara yoluxmaq üçün yeni üsul tapıb

© AFP 2024 / JONATHAN NACKSTRANDТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Abunə olmaq
Mütəxəssislər təxmin edirlər ki, koronavirus "selektiv təzyiq" altındadır, bu isə onu standart ACE2 reseptorundan istifadə etməyərək orqanizmə daxil olmaq üçün başqa yollar axtarmağa vadar edir.

BAKI, 29 iyun — Sputnik. Sent-Lüisdəki Vaşinqton Universitetinin alimləri ABŞ-ın digər elmi təşkilatlarının əməkdaşları ilə birlikdə koronavirusun insanları yeni üsulla yoluxdurduğunu aşkarlayıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Phys.org yazır.

SARS-CoV-2-nin orqanizmə adi müdaxilə mexanizmi belədir: birləşdirici zülalın köməyilə virus hüceyrənin səthindəki angiotenzinə döndürən 2 fermentinə (ACE2) yapışaraq hüceyrənin daxilinə keçir. Mütəxəssislər aşkar ediblər ki, mutasiya sayəsində koronavirus daha ACE2 reseptorundan istifadə etmir. Bu da onu göstərir ki, virus qəflətən dəyişərək orqanizmi yeni yoluxdurma üsulları tapmağa qadirdir.

Alimlər tədqiqatların əksər hissəsini primatların böyrək hüceyrələri ilə aparıblar, çünki SARS-CoV-2 virusu onlarda daha sürətlə yayılır. Ancaq yeni tədqiqat göstərdi ki, üzərində ACE2 reseptoru olmayan insanın ağciyər xərçəngi hüceyrələri də laboratoriyada yetişdirilmiş, mutasiyaya uğramış virusa (E484D S variantı) qarşı həssasdır. 

"Bu bizim üçün inanılmaz sürpriz oldu", - tədqiqat iştirakçılarından biri deyib.

Mütəxəssislər təxmin edirlər ki, koronavirus "selektiv təzyiq" altındadır, bu isə onu standart ACE2 reseptorundan istifadə etməyərək orqanizmə daxil olmaq üçün başqa yollar axtarmağa vadar edir. Bu hadisəni alimlər qorxunc adlandırıblar.

Onlar belə bir mutasiyanın real həyatda, yəni laboratoriyadan kənarda mümkünlüyü haqda heç bir təsəvvürə malik deyillər. Tədqiqatçıların sözlərinə görə, onlar indi virusun hüceyrələrə daxil olduğu alternativ reseptoru tapmalıdırlar.

E484D S mutasiyası vaksin olunmuş pasiyentlərin anticisimlərinə qarşı həssasdır, baxmayaraq ki, xəstələnib sağalmış adamların qan serumu bu virusa qarşı daha az dayanıqlı olub.

Eləcə də oxuyun:

  • Delta ştammı daha bir ölkəni əcnəbilərin üzünə bağlayır

  • Rusiyada COVID-19 əleyhinə daha bir vaksin hazırlanır

  • Vaksinin birinci dozasını xaricdə, ikinci dozasını Azərbaycanda vurdurmaq olarmı?

 

Xəbər lenti
0