04:13 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (732)
35 0 0

Yaponiyada tədbirlərin sərtləşdirilməsi koronavirusun ilk dəfə Hindistanda aşkar edilmiş “delta” ştammının yayılması ilə əlaqədardır.

BAKI, 28 iyun — Sputnik. Yaponiya iyulun 1-dən etibarən 41 ölkədən və regiondan ölkəyə gələnlərə qarşı tədbirləri sərtləşdirəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Tədbirlərin sərtləşdirilməsi koronavirusun ilk dəfə Hindistanda aşkar edilmiş “delta” ştammının yayılması ilə əlaqədardır.

Əfqanıstan, Hindistan, Şri-Lanka, Nepal, Pakistan, Maldiv adalarından gələnlərə qarşı ən sərt tədbirlər tətbiq ediləcək. Onlar səlahiyyətlilər tərəfindən müəyyən edilmiş yerdə karantin keçməli və bu müddətdə üç dəfə koronavirus testi vermək məcburiyyətindədirlər.

İndoneziya, Uqanda, Britaniya, Misir, Banqladeş və Malayziyadan gələnlər üçün xüsusi təyin edilmiş karantində 6 günlük qalma tədbiri tətbiq olunacaq və bu müddət ərzində onların iki dəfə testdən keçmələri tələb ediləcək.

Rusiya, İspaniya, ABŞ-ın 14 ştatı, Belçika və digər ölkələr də daxil olmaqla, 29 ölkədən gələnlər isə üç günlük karantindən keçməli və bundan sonra test verməlidirlər.

Göstərilən ölkələrdən gələnlərin karantində olduqdan sonra və testlərinin mənfi nəticələnəcəyi təqdirdə Yaponiyaya gəlişlərinin 14 günü tamam olana qədər evdə və ya yaşayış yerində karantində qalmalıdırlar.

Koronavirusun Hindistan (delta) ştammı

İkiqat mutasiya ilə tanınan B.1.617 ştammı ilk dəfə Hindistanın Maharaştra əyalətində müəyyən olunub. Həkimlərin fikrincə, Hindistanda ikinci koronavirus dalğasının səbəblərindən biri də məhz bu mutasiya ilə bağlıdır. Son vaxtlar virusun bu variantı bir çox başqa ölkələrdə də qeydə alınıb.

Hindistan ştammı  "Delta" özü də mutasiyaya məruz qalıb. Onun ortaya çıxan yeni növü isə "Delta-plyus" adlandırılıb. Mutasiya olunmuş virusa ilk yoluxma hadisəsi də elə eyni ölkədə - Hindistanda qeydə alınıb. Bu günlərdə "Delta-plyus"dan ilk ölüm halı da müəyyən olunub. Həmin şəxs peyvənd olunmayıbmış.

Hindistan ştammına yoluxanlarda qarında ağrı, iştahanın itməsi, ürəkbulanması, ishal müşahidə olunur. Öskürək və hərarətin qalxması da baş verə bilər.

Eləcə də oxuyun:

Mövzu:
Yeni tip koronavirus pandemiyası (732)
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, Yaponiya, Hindistan, ştamm

Əsas mövzular