BAKI, 27 iyun - Sputnik. Samuxda əsən güclü külək nəticəsində rayonun bəzi hissəsi işıqsız qalıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu gün 21 radələrində başlayan güclü külək rayonun Qarayeri, Sərkar, Ziyadlı, Qovlarsarı, Kolayır və bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaradıb.
Bundan başqa, ağaclar gövdəsindən qırılaraq yolun hərəkət hissəsinə və ətrafa düşüb. Hazırda elektrik enerjisinin verilişinin bərpa olunması istiqamətində işlər gedir.
Qeyd edək ki, qərb bölgəsində yağışlı və küləkli hava şəraiti davam edir.
Qeyri-sabit hava
Ölkədə bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Azərbaycanın şərqində, Bakı və Abşeron yarımadasında temperatur 40 və daha yüksək göstəricilərə yaxınlaşarkən dağlıq ərazilərdə şərq küləyi əsir, qısamüdədtli yağışlar yağır və şimşək çaxır.
İyunun 28-nə olan proqnozda da oxşar hava şəraitinin gözlənildiyi bildirilir.
Sonuncu dəfə qərb bölgəsində hava şəraiti iyunun 6-da pisləşmiş və hətta bir nəfərin ölümünə səbəb olmuşdu. Kiş kənd sakini, 25 yaşlı Əhmədov Şamil Azər oğlu yaylaqdan qayıdarkən Qurcana çayında atla selə düşmüş, yaxınları bir neçə saat sonra onun meyitini tapmlışdılar.
Eləcə də oxuyun:
-
Ölkənin qərbini leysan yuyur: İki ay əvvəl evlənən gənc selin qurbanı oldu - VİDEO - FOTO
-
Hava ilə bağlı təskinlik verməyən proqnoz
- Havanın temperaturunun enəcəyi tarix bəlli oldu