Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Havanın temperaturunun enəcəyi tarix bəlli oldu

© Sputnik / Ilham MustafayevAğstafa rayonunda Qaltan dərəsi
Ağstafa rayonunda Qaltan dərəsi - Sputnik Azərbaycan, 1920, 26.06.2021
Abunə olmaq
Üç-dörd günlük güclü istilərdən sonra Azərbaycan paytaxtında havanın nisbətən sərinləməsi gözlənilir.

BAKI, 26 iyun — Sputnik. İyunun 28-i günün ikinci yarısında cənub-şərq küləyi şimal küləyi ilə əvəz olunacaq. Axşam saatlarında küləyin sürəti bir qədər artacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, iyunun 29-da bu günə nisbətən havanın temperaturu təxminən 4-5 dərəcə aşağı enəcək:

“İyunun 29-30-da havanın temperaturu iqlim norması daxilində olacaq. İyulun ilk günlərində anomal istilər gözlənilmir. Havanın temperaturu 30-34 dərəcə intervalında dəyişəcək”.

Xəbər lenti
0