CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava ilə bağlı təskinlik verməyən proqnoz

© Sputnik / Shahperi AbbasovaДорога в Шеки, фото из архива
Дорога в Шеки, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.06.2021
Abunə olmaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında temperatur 39-40, bəzi rayonlarda 42 dərəcə Selsi olacaq.

BAKI, 27 iyun - Sputnik. Azərbaycan ərazisində iyunun 28-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

İyunun 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 isti, gündüz  37-42 dərəcə isti, dağlarda gecə 15-20 isti, gündüz 28-33 dərəcə isti olacaq.

 

 

Xəbər lenti
0