BAKI, 15 iyun - Sputnik. Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, Bakının “Neftçi” klubunun avrokubok mövsümündəki ilk rəqibi müəyyənləşib.
Paytaxt təmsilçisi “Dinamo” (Tbilisi, Gürcüstan) ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 6-7-də, cavab görüşü 13-14-də keçiriləcək. “Neftçi” mövsümə səfərdə başlayacaq.
Qeyd edək ki, sabah Çempionlar Liqası və Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. “Neftçi”nin hər iki turnirdəki mümkün rəqibləri, həmçinin qitənin 3-cü dərəcəli klub turnirində ilk raunddan azad olan “Keşlə”, “Qarabağ” və “Sumqayıt”ın qarşılaşacağı komandalar bilinəcək.
Eləcə də oxuyun:
-
AVRO-2020: İspaniya və İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı
-
Uels yığmasının oyunçusu: Bakıda bizi Türkiyə yığmasına qarşı çətin oyun gözləyir
-
Azərbaycanı avrokuboklarda yenə bu klublar təmsil edəcək