CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Putin və Bayden Qarabağa xüsusi diqqət ayıracaqlar

© © ALEXEY DRUZHININ / POOL / AFPВстреча Владимира Путина и Джо Байдена, фото из архива
Встреча Владимира Путина и Джо Байдена, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.06.2021
Abunə olmaq
Sabah bütün dünyanın səbirsizliklə gözlədiyi görüş baş tutacaq - ABŞ və Rusiya liderləri üz-üzə gələcəklər. Onların əsas müzakirə mövzularından biri Azərbaycanla bilavasitə bağlıdır.

BAKI, 15 iyun — Sputnik. Rusiya və ABŞ Prezidentləri Vladimir PutinCo Bayden Cenevrə görüşü zamanı Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, görüş zamanı həmçinin strateji sabitlik, COVID-19-la, kibercinayətkarlıqla mübarizə və digər məsələlər də müzakirə olunacaq.

"Burada Rusiya – ABŞ münasibətlərinin hazırkı durumu və perspektivləri, strateji sabitliyin əsas məsələləri, informasiya təhlükəsizliyi məsələləri, kibercinayətkarlıqla mübarizə məsələləri müzakirə olunacaq. İkitərəfli münasibətlərin konkret həll olunmayan məsələləri ayrıca müzakirə olunacaq. Ondan sonra iqtisadi əməkdaşlıq, Arktika və təbii ki, koronavirusla mübarizə məsələləri müzakirə olunacaq", - deyə Uşakov qeyd edib.

Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ, Ukraynadaxili böhran və Belarusdakı vəziyyətə ayrıca diqqət ayrılacaq.

Putinlə Baydenin görüşü

Qeyd edək ki, Rusiya – ABŞ sammiti iyunun16-da Cenevrədə "Villa La Grange" adlı iqamətgahda baş tutacaq.

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşdən öncə bəyan edib ki, şəxsi təmasların bərpası, birbaşa dialoqun qurulması və real fəaliyyət göstərən qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması vacibdir.

"Danışmaq üçün mövzular var. Ümumi mövzular mövcuddur. Əgər görüşdən sonra biz bütün istiqamətlər üzrə işlərin mexanizmlərini yaratsaq, mənə elə gəlir ki, bu yaxşı olardı, demək olardı ki, görüş havayıdan keçməyib", - deyə prezident bildirib.

Putin xatırladıb ki, Ağ ev də bu barədə danışır: “hər iki tərəf üçün maraqlı olan bir neçə məsələ var – strateji sabitlik, regional münaqişələr, ümumilikdə, qlobal mənada ekologiya barədə qayğı və kibertəhlükəsizlik”.

Rusiya-ABŞ münasibətlərində nə baş verir?

Rusiya Xarici İşlər Nazirlinin müavini Sergey Ryabkov daha əvvəl RBK-ya müsahibəsində bəyan edib ki, Rusiya tərəfi sabitlik və proqnozlaşdırıla bilmək məsələsində ABŞ-dan az maraqlı deyil. 

"Mövcud suallar toplusunu belə acınacaqlı vəziyyətə gətirən Rusiya deyildi. Əksinə, çox uzun müddətdir, faktiki olaraq Barak Obama administrasiyası dövründən bəri Rusiya tərəfi səbir və təmkin nümayiş etdirib", - deyə o, bildirib. 

"Vaşinqtona vəziyyəti gərginləşdirmək üçün deyil, vəziyyəti düzəltməyə başlamaq üçün fürsət verməyə çalışdıq. Təəssüf ki, bu nəticə vermədi və biz bu gün əlimizdə olanlarla kifayətlənmək məcburiyyətində qaldıq", - Ryabkov deyib.
XİN təmsilçisinin sözlərinə görə, Rusiya tərəfi öz mövqeyinə qətiyyətlə əməl edir: "ABŞ-la keyfiyyətli dialoq yalnız qarşılıqlı hörmət və maraqlarımız nəzərə alınmaq şərti ilə mümkündür. Lakin Vaşinqton ağlabatan əsasda bir razılığa gəlmək istəmir".

Qarabağ daha bir sammitin gündəliyində 

Qarabağda müharibə bu gün Avropada keçiriləcək ABŞ-Aİ sammitində də müzakirə mövzusu olacaq. Brüsseldə toplanan Birləşmiş Ştatlar və Avropa İttifaqı ölkələrinin liderlərinin gündəminə xüsusilə Rusiya, Çinin inkişafı, Türkiyə ilə münasibətlər, Ukraynada vəziyyət, İranla nüvə razılaşması və Qarabağda müharibə də daxil ediləcək.

Eləcə də oxuyun:

Xəbər lenti
0