Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin: "Bir-birimizə əbədi sevgi və dostluq sözü verməmişik"

© Sputnik / Aleksei Druzhinin / Mediabanka keçidПрезидент РФ Владимир Путин, фото из архива
Президент РФ Владимир Путин, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Dövlət katibi Entoni Blinken ABŞ-ın Rusiya hökuməti ilə “daha sabit və təxmin oluna bilən ikitərəfli əməkdaşlığın inkişafında” konstruktiv qarşılıqlı fəaliyyətə can atdığını təsdiqləyib.

BAKI, 12 iyun – Sputnik. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, öz ünvanına çox ittihamlar eşidib. Bu barədə o, NBC telekanalına müsahibə zamanı ABŞ Prezidenti Cozef Baydenin qalmaqallı bəyanatlarını şərh edərkən deyib.

“Öz işimdə müxtəlif istiqamətlərdən, çox müxtəlif səbəblərə görə, müxtəlif keyfiyyətli və ağırlıqlı hücumlara öyrəşmişəm. Bu məni heç də təəccübləndirmir”, - Rusiya lideri deyib.

O, həmçinin qeyd edib ki, siyasətçilər beynəlxalq arenada bir-birinin partnyorları və rəqibləridir: “Biz bəy-gəlin deyilik, biz-birimizə əbədi sevgi və dostluq sözü verməmişik”.

Müsahibə bazar ertəsi, iyunun 14-də efirə gedəcək.

Xatırladaq ki, mart ayında Bayden ABC telekanalına müsahibəsində demişdi ki, Rusiya hakimiyyəti “Amerikada keçirilən seçkilərə müdaxilələrə görə cavab verməli olacaq”.

ABŞ Rusiyanı təbrik edib

Bu arada ABŞ-ın dövlət katibi Entoni Blinken şənbə günü RF vətəndaşlarını Rusiya Günü münasibətilə təbrik edib. ABŞ Dövlət Departamentinin məlumatına görə, Blinken deyib: “Fürsətdən istifadə edərək Amerika Birləşmiş Ştatlarının Rusiya hökuməti ilə daha sabit və təxmin oluna bilən ikitərəfli əməkdaşlığın inkişafında konstruktiv qarşılıqlı fəaliyyətə can atdığını bildirmək istəyirəm”.

O, həmçinin qeyd edib ki, ABŞ Rusiyanın dövlət suverenliyi haqda Bəyannamədə qeyd olunmuş müddəaları inkişaf etdirən, eləcə də beynəlxalq ictimaiyyətlə işləməyi və qlobal maraq kəsb edən məsələlərdə dinc əməkdaşlıq etməyi arzulayan Rusiya xalqını dəstəkləməkdə davam edəcək.

Putinlə Baydenin görüşü

Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Cozef Bayden iyunun 16-sı İsveçrənin Cenevrə şəhərində "Villa La Grange" adlı iqamətgahda görüşəcəklər.

Prezidentlərin strateji sabitlik, pandemiya ilə mübarizə, beynəlxalq gündəlik və regional münaqişələri müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, məşhur "Politico" nəşri daha əvvəl dünyanın iki aparıcı dövlətinin liderlərinin Bakıda görüşə biləcəyi ehtimalını irəli sürmüşdü. Xəbərdə bildirilirdi ki, ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri hər iki prezidentin görüşünün Çexiyanın paytaxtı Praqa, İslandiyanın paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakıda keçirilə biləcəyini istisna etmirlər.

Eləcə də oxuyun:

  • Tramp Putinlə görüş öncəsi Baydenə məsləhət verdi

  • Bayden Rusiyanın intihara hazır olub-olmadığını dəqiqləşdirəcək

  • Qərb Moskva ilə dürüst dialoqa hazır deyil – Lavrov

Xəbər lenti
0