07:05 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
RUSİYA
Qısa URL
1406 0 0

RF dövlət başçısı Birləşmiş Ştatların lideri ilə İsveçrədə keçiriləcək sammit öncəsi maraqlı açıqlamalarla çıxış edib.

BAKI, 13 iyun — Sputnik. Rusiya prezidenti Valdimir Putin amerikalı həmkarı Co Baydenlə görüşdən öncə bəyan edib ki, onlardan şəxsi təmasların bərpası, birbaşa dialoqun qurulması və real fəaliyyət göstərən qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması vacibdir.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

"Danışmaq üçün mövzular var. Ümumi mövzular mövcuddur. Əgər görüşdən sonra biz bütün istiqamətlər üzrə işlərin mexanizmlərini yaratsaq, mənə elə gəlir ki, bu yaxşı olardı, demək olardı ki, görüş havayıdan keçməyib", - deyə prezident bildirib.

Putin xatırladıb ki, Ağ ev də bu barədə danışır: “hər iki tərəf üçün maraqlı olan bir neçə məsələ var – strateji sabitlik, regional münaqişələr, ümumilikdə, qlobal mənada ekologiya barədə qayğı və kibertəhlükəsizlik”.

Sonuncu problemi RF lideri ən vacib adlandırıb, çünki "bütöv sistemlərin sıradan çıarılması aöır nəticələrə səbəb olur".

Dövlət başçısı vurğulayıb ki, yüksək səviyyədə görüşlərdən əvvəl iştirakçılar iş üçün xoş şərait yaratmaq üçün neqativ ritorikanı azaltmağa çalışırlar.

"Burada əlahiddə heç nə yoxdur, bunu şişirtməzdim. Bu peşəkar yanaşmadır", - o əlavə edib.

ABŞ Rusiyanı təbrik edib

Bu arada ABŞ-ın dövlət katibi Entoni Blinken şənbə günü RF vətəndaşlarını Rusiya Günü münasibətilə təbrik edib. ABŞ Dövlət Departamentinin məlumatına görə, Blinken deyib: “Fürsətdən istifadə edərək Amerika Birləşmiş Ştatlarının Rusiya hökuməti ilə daha sabit və təxmin oluna bilən ikitərəfli əməkdaşlığın inkişafında konstruktiv qarşılıqlı fəaliyyətə can atdığını bildirmək istəyirəm”.

O, həmçinin qeyd edib ki, ABŞ Rusiyanın dövlət suverenliyi haqda Bəyannamədə qeyd olunmuş müddəaları inkişaf etdirən, eləcə də beynəlxalq ictimaiyyətlə işləməyi və qlobal maraq kəsb edən məsələlərdə dinc əməkdaşlıq etməyi arzulayan Rusiya xalqını dəstəkləməkdə davam edəcək.

Putinlə Baydenin görüşü

Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Cozef Bayden iyunun 16-sı İsveçrənin Cenevrə şəhərində "Villa La Grange" adlı iqamətgahda görüşəcəklər.

Prezidentlərin strateji sabitlik, pandemiya ilə mübarizə, beynəlxalq gündəlik və regional münaqişələri müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, məşhur "Politico" nəşri daha əvvəl dünyanın iki aparıcı dövlətinin liderlərinin Bakıda görüşə biləcəyi ehtimalını irəli sürmüşdü. Xəbərdə bildirilirdi ki, ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri hər iki prezidentin görüşünün Çexiyanın paytaxtı Praqa, İslandiyanın paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakıda keçirilə biləcəyini istisna etmirlər.

Eləcə də oxuyun:

  • Tramp Putinlə görüş öncəsi Baydenə məsləhət verdi

  • Bayden Rusiyanın intihara hazır olub-olmadığını dəqiqləşdirəcək

  • Qərb Moskva ilə dürüst dialoqa hazır deyil – Lavrov

Əsas mövzular