CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərdoğan Şuşaya gəlir - VİDEO

© © Murat Cetinmuhurdar / Presidential Press Office / Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
"Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarını açma şansı verib" - Türkiyə prezidenti.

BAKI, 9 iyun — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Səfər zamanı o, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək, Şuşaya səfər edəcək və AVRO 2020 çərçivəsində Türkiyə - Uels oyununa baxacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib.

"Brüssel səfərimizdən sonra Bakıya gedərək qardaşımız İlham Əliyevin qonağı olacağıq. Oradan Şuşaya gedəcəyik. İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər gercəkləşdirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarını açma şansı verib. İstəyimiz bu şansın əldən verilməməsi, regional sabitlik və sülh üçün ən yaxşı şəkildə dəyərləndirilməsidir. İyunun 16-da Bakıda hərbçilərimizlə görüşəcəyik. Axşam saatlarında isə AVRO 2020 çərçivəsində Türkiyə - Uels oyununa baxacağam", - deyə Türkiyə lideri qeyd edib.

Regionun bərpası

Artıq məlumdur ki, hazırda Azərbaycan və Türkiyə ölkə başçıları səviyyəsində Qarabağda bərpa və restavrasiya işlərini planlaşdırmağa dair diskussiyalar aparır.

İnfrastruktur və rekonstruksiya işləri ilə yanaşı, mədəni və tarixi abidlərin, həmçinin arxeoloji abidələrin də bərpası nəzərdə tutulub.

Öz növbəsində Rusiya XİN rəhbəri Sergey Lavrov "Primakov qiraətləri"ndə Türkiyənin regionda kommunikasiyaların bərpası prosesində iştirakına dair sualı cavablandırıb.

O bildirib ki, münaqişə iştirakçıları və qonşu ölkələrin paytaxtlarından səslənən bəyanatlar emosiyalarla bağlıdır: "Biz situasiyaya cəlb olunanları sakitliyə nail olmağa və ərazidə olanların normal həyatına qayıtmasına yardım etməyə çağırırıq".

Lavrov bildirib ki, Rusiya sülhməramlı və FHN-in səyləri ilə aktiv şəkildə işləyir.

Nazir, həmçinin əlavə edib ki, regiona kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyəti həm də buna həsr olunub:

"Üçtərəfli işçi qrupun işinin effektivliyi insanların həyatını yaxşılaşdırmağa nə dərəcədə kömək edəcəyi ilə müəyyənləşdiriləcəkdir. Bu üçtərəfli diskussiyalarda həm Türkiyənin, həm də İranın da maraqları birmənalı şəkildə nəzərə alınır, əks halda bu cür kommunikasiyaların açılması maksimum effektiv olmayacaq".

Lavrov, həmçinin qeyd edib ki, Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya – Türkiyə monitorinq mərkəzinin fəaliyyəti faydalı və sabitləşdirici faktordur.

Eləcə də oxuyun:

Xəbər lenti
0