BAKI, 6 iyun – Sputnik. Azərbaycanın Xalq artisti Yusif Eyvazov Rusiya telekanallarından birinin “Milyonluq sirr” şousunda özünün sərt pəhrizinin sirləri və sarımsaq məcununun resepti ilə bölüşüb.
İfaçı deyib ki, əvvəllər 130 kiloqram imiş, indi isə 96 kq-a düşüb. Əvvəllər o, çəkisinə əhəmiyyət vermir, gözəl geyimlər geyirmiş, sonra bir günün içində bundan bezib.
“Təzəklə dolu kisə kimi gəzirdim. Güzgüyə baxanda şişmiş sifətimi görürdüm. Ağır pəhrizə başladım, idman elədim, dietoloqları, həkimləri də bu işə qatdım, yəni hər şey nəzarətdə idi. Şirniyyat, un məhsulları, yağlı yeməklərdən əl çəkdim. Üç, ya dörd ay. Sadəcə cəhənnəm idi. Nyu-Yorkdakı mənzilimizdən, 32-ci mərtəbədən özümü atmağa hazır idim. Arıqlamağa orada başlamışdım. Piylərim tədriən əriməyə başlayanda isə anladım ki, heç nə əbəs deyilmiş. İndi bütün bunlarsız həyatımı təsəvvür edə bilmirəm”, - Eyvazov deyib.
Посмотреть эту публикацию в Instagram
Vokalçı orqanizmini də qeyri-adi üsulla təmizləyir – özünün hazırladığı sarımsaq məcunu ilə. Eyvazov deyir ki, bu reseptin 3 min ildən çox yaşı var. Onun hazırlanması üçün 300 qram sarımsaqla 300 ml spirt gərəkdir. Bunlar əzilib qarışdırılaraq 12 gün saxlanılır. Sonra 4 ay ərzində gündə üç dəfə yeməkdən əvvəl südə 15 damcı tökməklə qəbul etmək lazımdır.
“Sarımsaq məcunu - əla reseptdir. O, orqanizmi inanılmaz dərəcədə təmizləyir. Onun sayəsində 2017-ci ildən bəri bir dəfə də xəstələnməmişəm. Baxmayaraq ki, cəmi bir dəfə içmişəm”, - söyləyən Eyvazov qeyd edib ki, bu məcunu hər beş ildən bir qəbul etmək lazımdır.
Посмотреть эту публикацию в Instagram
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib. O, bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. Eyvazov Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.
2015-ci ildə Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.
Eləcə də oxuyun:
-
Əcnəbi müğənni Bakı bulvarını görüb izləyicilərinə tövsiyə etdi - FOTO
-
Polad Bülbüloğlu Şuşada ata evinin bərpası haqqında danışıb - VİDEO
-
Rusiyanın məşhur şousunun qalibi azərbaycanlı oldu - VİDEO
-
Eyvazovla Netrebko Vyanadakı yeni evlərinin şəkillərini paylaşdılar - FOTO