CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eyvazovla Netrebko Vyanadakı yeni evlərinin şəkillərini paylaşdılar - FOTO

© Photo : Instagram / yusif_eyvazov_officialЮсиф Эйвазов и Анна Нетребко, фото из архива
Юсиф Эйвазов и Анна Нетребко, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Abunə olmaq
Tanınmış opera müğənniləri yeni evlərinə həmkarlarını dəvət ediblər. Qonaqlar evin dizaynına valeh olublar.

BAKI, 22 mart - Sputnik. Azərbaycanın Xalq artisti Yusif Eyvazov və Rusiyanın Xalq artisti Anna Netrebko bu yaxınlarda Vyananın mərkəzində aldıqları mənzilin şəkillərini sosial şəbəkədə paylaşıblar. 

Sputnik Azərbaycan bildirir ki, vokalçılar evlərinin qapılarını Instagram izləyicilərinin "üzünə açıblar". Onlar artıq ilk qonaqlarını qəbul etdiklərini də deyiblər. Artistlərin həmkarlarını mənzilin dizaynı valeh edib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Yusif Eyvazov Tenor Official (@yusif_eyvazov_official)

Bu mənzil öncəkindən daha genişdir. Netrebko konsertlərdə geyindiyi paltarları, eləcə də gündəlik geyimləri və aksessuarları üçün burada yaxşı saxlanc yeri yarada bilib. 

Cütlüyün Nyu-Yorkda, Manhettendə də mənzili var, koronavirus səbəbindən sonuncu dəfə onlar oraya bir il əvvəl gediblər.

Посмотреть эту публикацию в Instagram

Публикация от Opera singer Zoryana Kushpler (@zoryanakushpler)

 

Xəbər lenti
0