BAKI, 10 may - Sputnik. Rusiyanın populyar "Иванушки International" pop qrupunun solisti Kirill Turiçenko Bakıya valeh olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Maska" şousunda dostlaşdığı Azərbaycanın Xalq artisti Yusif Eyvazovun dəvətilə paytaxtımıza gələn Turiçenko burada yeni layihəsini gerçəkləşdirmək niyyətindədir. O, artıq bir neçə gündür ki, Bakıdadır və buranın gəzməli-görməli yerlərinə baş çəkib.
Посмотреть эту публикацию в Instagram
"Bakı inanılmaz gözəl şəhərdir. Çox qonaqpərvərdir. İtaliya, Fransa, Dubay, bir az da mənim doğma şəhərim Odessanı təsəvvürünüzdə canlandırın - elə bil ki, Bakı hamısının cəmidir! Biz Bakını eninə-uzununa dolaşdıq, göydələnləri və müasir binalarına, qədim, amma səliqəli tikililərini gördük. Əlbəttə ki, Xəzər dənizini də seyr elədik. Düzdür, o, əslində göl olsa da, dənizin ətri, miqyası və gözəlliyi heç kimi laqeyd qoymaz. Bir sözlə, Bakının və sakinlərinin möhtəşəmliyi barədə danışmaq üçün sözlər kifayət eləmir. Sadəcə, özünüz gəlin, ürəyinizlə hiss edin", - Turiçenko Instagram-dakı səhifəsində yazıb.
Kirill Turiçenko - ukraynalı musiqiçi, müğənni və aktyordur. O, 2013-cü ildən bəri "Иванушки International" qrupunun solistidir. Həmçinin o, qrupun tarixində ən gənc ifaçıdır.
Eləcə də oxuyun:
* Artıq çəkidən əziyyət çəkən müğənni arıqladı, tanınmaz hala düşdü - FOTO
* Nura afrikalı ifaçı ilə duet oxudu - VİDEO
* 20yearschallenge trendinə qoşulan məşhurlar - gəncliyin FOTO-ları