Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İtalyan məşqçilərin dueli və uğursuz "güzgü effekti": millimiz uduzdu

© AFP 2023 / TOFIK BABAYEVФутболисты сборной Азербайджана, фото из архива
Футболисты сборной Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Abunə olmaq
Altıncı ayın altıncı günündəki altıncı sınaq futbol üzrə Azərbaycan millisi üçün uğurlu alınmayıb. Bu günədək keçirilən 5 oyunun 2-də millimiz qalib gəlmiş, ancaq bir dəfə uduzmuşdu.

BAKI, 6 iyun - Sputnik. Canni de Byazinin yetirmələri Moldovada meydan sahibləri ilə üz-üzə gəliblər. Kişinyovdakı qarşılaşma italiyalı məşqçilərin dueli kimi diqqət çəkib. De Byazinin başçılıq etdiyi milli vaxtilə ölkəmizdə “Neftçi”ni çalışdıran həmyerlisi Roberto Bordinin komandası ilə qarşılaşıb.

Son 4 görüşdə meydanı qolsuz tərk etməyən yığmamız uğurlu seriyanın davamını gətirə bilməyib. Ev sahiblərinin 8-ci dəqiqədə vurduğu yeganə qola komandamız qarşılıq verə bilməyib. Bu da 0:1 hesablı məğlubiyyətə səbəb olub.

Yoldaşlıq oyunu
6 iyun
20:00. Moldova – Azərbaycan - 1:0
Qol: Vitalie Damaşcan, 8
Baş hakim: Marian Aleksandru Barbu (Rumıniya)

---------

09:37

Futbol üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirəcək.

Sputnik Azərbaycan bildirir ki, Canni De Byazinin yetirmələri bu gün Moldova yığmasının oyunçuları ilə qüvvələrini sınayacaqlar.

Kişinyovdakı "Zimbru" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə 20:00-da başlanacaq.

Azərbaycan və Moldova milliləri indiyədək 10 dəfə qarşı-qarşıya gəliblər. Bunlardan səkkizi yoldaşlıq, ikisi dünya çempionatının seçmə mərhələsinin oyunları olub. Millimiz bu qarşılaşmaların ikisində, rəqibi isə üçündə qalib gəlib. Digər oyunlar heç-heçə bitib.

Xatırladaq ki, yoldaşlıq görüşləri çərçivəsində mayın 27-də qonağı olduğu Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan Azərbaycan yığma komandası iyunun 2-də Minskdə Belarusu eyni hesabla məğlub edib.

Altıncı ayın altıncı günündə altıncı sınaq

İyunun 6-sı millimiz üçün maraqlı günlərdəndir. Apasport.az yazır ki, bugünkü oyun millimizin iyunun 6-da keçirəcəyi 6-cı matç olacaq. Altıncı ayın altıncı günündəki altıncı sınaq ərəfəsində bu tarix komanda üçün uğurlu sayılır.

Milli üçün müsbət nəticələrlə əlamətdar olan nadir günlərdən birindəki 5 qarşılaşmada yalnız bir məğlubiyyət qeydə alınıb. Digər görüşlərdə isə 2 qələbə və 2 heç-heçə var. 

Hər iki qələbə iki top fərqi ilə gerçəkləşib. Yeganə mənfi məqam nəticələrin getdikcə pisləşməsidir. İlk iki oyun qələbə ilə bitibsə, ardınca iki heç-heçə və ən son sınaqda məğlubiyyət qeydə alınıb.

6 iyun 1993. Tehran. BT. Azərbaycan – Tacikistan – 2:0
6 iyun 2001. Bakı. DÇ. Azərbaycan – Slovakiya – 2:0
6 iyun 2004. Riqa. YO. Latviya – Azərbaycan – 2:2
6 iyun 2007. Almatı. AÇ. Qazaxıstan – Azərbaycan – 1:1
6 iyun 2009. Bakı. DÇ. Azərbaycan – Uels – 0:1

Eləcə də oxuyun:

  • Qalib gəldiyimiz oyunda Canni de Byazini əsəbləşdirən səbəb

  •  Azərbaycan millisi yoldaşlıq görüşündə qalib gəldi

  •  Azərbaycan millisi Türkiyəyə uduzub

Xəbər lenti
0