CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda müzakirələr: Hərbi zavodlar birbaşa Qarabağda işə düşəcək?

© Sputnik / Murad OrujovAğdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
Bakıda keçirilən Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq iclasında generalların nələri müzakirə edəcəkləri maraq doğurur. Sputnik Azərbaycan-ın hərbi şərhçisi Eldar Tanrıverdiyev ekspertlərlə bu məsələni araşdırıb.

BAKI, 3 iyun — Sputnik. Bu gün Bakıda Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq iclası öz işinə başlayıb. İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.
Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.

İclas barədə hələlik rəsmi açıqlamalar yoxdur. Sputnik Azərbaycan Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq iclasının əhəmiyyəti, orada müzakirə olunacaq məsələlər barədə hərbi ekspertlər - türkiyəli terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar və azərbaycanlı hərbi ekspert Ədalət Verdiyevlə həmsöhbət olub.
Türkiyəli ekspert Abdullah Ağar hesab edir ki, bu görüş davam edən prosesin bir hissəsidir: "Görüş zamanı müharibə zamanı və müharibədən sonra çıxarılan dərslər, regionda formalaşan durum və digər məsələlərin müzakirə olunduğunu düşünürəm.

© Photo : From personal archive of Abdullah AgarTerror və təhlükəsizlik üzrə türkiyəli ekperti Abdullah Ağar
Bakıda müzakirələr: Hərbi zavodlar birbaşa Qarabağda işə düşəcək? - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Terror və təhlükəsizlik üzrə türkiyəli ekperti Abdullah Ağar


Azərbaycan müharibə zamanı Türkiyədən hərbi sənaye baxımından böyük dəstək aldı. Bu dəstəyin müharibə zamanı ortaya qoyduğu nəticə müharibəni bilən şəxslər tərəfindən yüksək dəyərləndirilir. Bu baxımdan Azərbaycan və Türkiyənin gələcəkdə müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsindən təbii bir şey yoxdur.

Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə keçid edəcəyinə dair fikirləri var. Bu isə öz növbəsində həm texniki, həm taktiki, həm də silah sistemləri sahəsində inteqrasiyanı da özündə əks etdirir. Ona görə də başda "Bayraktar" olmaqla müharibədə qələbə qazanılmasında rol oynayan silahların Azərbaycanda istehsalı da müzakirə oluna bilər. Düşünürəm ki, buna ehtiyac da var".

Ağar vurğulayıb ki, Ermənistanın ortaya qoyduğu təhdid hələ də yekunlaşmayıb: "Belə olanda isə güclü Azərbaycana, Azərbaycanın güclü ordusuna və müdafiə sənayesinə ehtiyac var. İnanıram ki, qarşı-qarşıya qalınan və gələcəkdə ola biləcək təhdidləri dəyərləndirərək mütləq şəkildə bu sahədə işbirliyi qurulacaq".
Azərbaycanlı ekspert Ədalət Verdiyev isə hesab edir ki, adətən üç gün davam edən bu iclasda işçi qruplar səviyyəsində ikitərəfli əlaqələrin cari vəziyyətini müzakirə edir, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər: "Görünür, bugünkü iclasda da Azərbaycan və Türkiyə formalaşan yeni vəziyyətdə təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edəcəklər.

© Photo : Courtesy of Adalyat VerdievAzərbaycanlı ekspert Ədalət Verdiyev
Bakıda müzakirələr: Hərbi zavodlar birbaşa Qarabağda işə düşəcək? - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Azərbaycanlı ekspert Ədalət Verdiyev
İstənilən halda daim artan dinamika göstərən Türkiyə-Azərbaycan birgə əməkdaşlığı bu ölkələrin silahlı qüvvələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. İclas zamanı Azərbaycanın işğaldan azad olunan ərazilərindəki sənaye parklarında Azərbaycan-Türkiyə birgə müdafiə sənayesi müəssisələrinin təşkili də müzakirə oluna bilər".

Ekspert hesab edir ki, söhbət Ağdam Sənaye Parkından gedir: "Çünki vaxtilə Ağdam bəlli bir müdafiə sənayesi potensialına malik olub. Ağdam ermənilər tərəfindən işğal olunana qədər həmin rayonun ərazisində müdafiə sənayesi məhsulları istehsal olunub. Türkiyə silahlarının Vətən müharibəsində göstərdiyi yüksək imkanları nəzərə alaraq həmin silahların bəzi hissələrini və ya tamamını istehsal edəcək müdafiə sənayesi şirkətinin birgə olaraq Qarabağda, Ağdamda təşkili mümkündür".

Eləcə də oxuyun:

Xəbər lenti
0