Belarusun müdafiə naziri Azərbaycana gəlib

© Photo : Sco-russia2020.ru / Mediabanka keçidМинистр обороны Белоруссии Виктор Хренин, фото из архива
Министр обороны Белоруссии Виктор Хренин, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.05.2021
Abunə olmaq
Zakir Həsənovun dəvətilə mayın 18-də Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

BAKI, 18 may — Sputnik. Belarusun müdafiə naziri Azərbaycana səfərə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Nazirliyin məlumatında bildirilir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvətilə mayın 18-də Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. 

Belarus Müdafiə Nazirliyi isə Sputnik Azərbaycan-a səfərin məqsədini açıqlayıb: 

"Səfər proqramına uyğun olaraq, Belarus hərbi nümayəndə heyəti rəhbərinin Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə bir sıra danışıqları və görüşləri nəzərdə tutulur". 

Qeyd edək ki, ötən ay (13-14 aprel) Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasına işgüzar səfər edib. Azərbaycan ilə Belarus arasında baytarlıq, turizm və energetika sahələrinə dair anlaşma memorandumları imzalanıb.

Aprelin 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Xəbər lenti
0