CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Həsənov bölgədəki sabitliyi təmin edən əsas amil barədə

© Sputnik / Photohost-agency sco-russia2020.ru / Mediabanka keçidMинистр обороны Азербайджана Закир Гасанов, фото из архива
Mинистр обороны Азербайджана Закир Гасанов, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
"Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu, bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir".

BAKI, 3 iyun — Sputnik. "Ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi korpus generalı Selçuk Bayraktaroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

© AR Ministry of DefenceОбсуждены перспективы развития азербайджано-турецкого военного сотрудничества
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - Sputnik Azərbaycan
1/2
Обсуждены перспективы развития азербайджано-турецкого военного сотрудничества

2/2

Müdafiə naziri bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu, bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir.

Z.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonaqlara məlumat verən nazir 44 gün davam edən müharibə dövründə Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Eləcə də oxuyun:

  • Rəsmi Bakı: Ermənistan sərhəddə təxribat törətməklə vəziyyəti gərginləşdirmək istəyir

  •  Moskvada kritik danışıqlar – Azərbaycan və Ermənistan generalları görüşəcəklər

  •  Zakir Həsənovdan sərhədlə bağlı tapşırıq

Xəbər lenti
0