BAKI, 1 iyun — Sputnik. "Bəyaz həyat" serialının sevilən obrazı üç yaşlı Nani, indi isə 21 yaşında olan Emiliya illər sonra müğənni kimi "Emmy Lia" səhnə adı ilə fəaliyyətə başlayıb. Artıq bir müddətdir sənət aləmində "Sivva" səhnə adı ilə fəaliyyət göstərən, bəstəkar-müğənni Sevinc Ağasıyeva Emiliya ilə yeni mahnısını təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, o, qızı Emiliya ilə ilk dəfə duet oxuyub. Mahnı türk və ingiliscədir. Müasir tərzdə ərsəyə gələn mahnıda gənc Emiliya reper kimi çıxış edir. Sözləri ona, musiqisi isə anası Sevincə məxsusdur. Sözlərdə sevgi, yarımçıq qalan eşq və ayrılıq obrazlı tərzdə ifadə olunub.
Ana-balanın ingiliscə "Swan", yəni "Qu quşu" adlanan duetlərini məhz 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təqdim etməsi də təsadüfi deyil. Əsas mesaj odur ki, əgər uşaqlar qu quşu kimi pak, həm də mələklər kimi safdırlarsa, onların ən böyük qoruyucusu analarıdır. O mələklərin bəzən qanadları sına bilər, lakin hər zaman ana onların yanındadır.
Xatırladaq ki, Emiliya Türkiyədə təhsil alıb. Uşaq vaxtı bir çox film, serial və kliplərdə yaddaqalan obrazları canlandırıb.
Beynəlxalq Uşaqlar Günü
Uşaqların Beynəlxalq Müdafiəsi Günü — 1 iyun 1950-ci ildə aylin BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Eləcə də oxuyun:
-
"8 Noyabr" metrostansiyasında səsləndirilən musiqinin müəllifi kimdir - VİDEO
-
Tünzalə Ağayeva: "Biz tükənməmişik"
-
Samirə Efendi Norveç təmsilçisinə "hə" deyib - sosial şəbəkə bundan danışır - VİDEO