BAKI, 22 may - Sputnik, Kəmalə Əliyeva. Sosial şəbəkələrdə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində Norveçin Tix təxəllüsü ilə tanınan müğənnisi Andreas Haukelandın azərbaycanlı həmkarı Samirə Efendinin saqqızını oğurladığı barədə xəbərlər dolaşır.
Sputnik Azərbaycan-ın məlumatına görə, belə şayiələrin yayılmasına səbəb Rotterdamdakı bloger və paparassilərin onların birgə şəkillərini çəkərək yayması olub. Şəkillərdən görünür ki, müğənnilər vaxtlarını birgə keçirirlər, Tix hətta Samirəyə üzərinə "Norveç" yazılmış köynəyini hədiyyə edib, üstəlik böyük qızılgül dəstəsi yollayıb.
Посмотреть эту публикацию в Instagram
Tix eləcə də özünün Instagram səhifəsində "Mənim "Avroviziya"da sevgi macəram" adlı videoçarx paylaşıb. Bundan sonra sosial şəbəkə istifadəçiləri lap yəqin ediblər ki, Samirə həmkarına "hə" deyib və onlar artıq görüşməyə başlayıblar.
Посмотреть эту публикацию в Instagram
Samirə hələ ki şayiələrə cavab verməsə də sosial şəbəkədəki hekayəsində norveçli ifaçının yolladığı gül dəmətinin şəklini paylaşıb. Onların macərasının necə davam edəcəyini isə zaman göstərəcək.
Tix-in Samirəni çıxışı zamanı dəstəkləməsi videosu da maraqla qarşılanıb:
Посмотреть эту публикацию в Instagram
Xatırladaq ki, bu gecə Rotterdamda (Niderland) "Avroviziya" mahnı müsabiqəsinin 65-ci finalı baş tutacaq.
26 finalçının iştirak edəcəyi yarışda Samirə Efendi "Mata Hari" mahnısı ilə 21-ci çıxış edəcək.
Tix (Andreas Haukeland) tək müğənni deyil, öz mahnılarının müəllifi və prodüserdir. O, Turett sindromundan əziyyət çəkir. Uşaq vaxtı onu cırnadır və "tik" deyirmişlər, illər sonra müğənni həmin adı təxəllüs götürməyə qərar verib.
Eləcə də oxuyun:
* "Eurovision 2021" bukmekerləri, ingilis mətbuatı və bizimkilər: Samirənin şansı varmı?
* Bu gün "Avroviziya -2021"in qalibi seçiləcək
* Niderland təmsilçisi "Avroviziya 2021"-in finalında oxumayacaq
* "Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi