DYP-dən "Formula 1"lə bağlı növbəti xəbərdarlıq

© Sputnik / Murad OrujovВторой день Гран при Азербайджана Формула 1
Второй день Гран при Азербайджана Формула 1 - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
"Şəxsi minik avtomobili ilə hərəkət edən vətəndaşlarımızın paytaxtın küçə və prospektlərində parkalanma imkanlarının az olduğunu nəzərə almaqla ictimai nəqliyyata üstünlük vermələrini xahiş edirik.

BAKI, 31 may - Sputnik. Bakı şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın mərkəzinə səfərləri məhdudlaşdırmağı tövsiyyə edirlər:

"Bakı şəhər ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə 8 iyun tarixinədək bağlanacaq və yaxud istiqaməti dəyişdiriləcək küçə və prospektlər barədə təqdim etdiyimiz məlumata əlavə olaraq bildirmək istəyirik ki, xüsusən yük avtomobillərinin sürücüləri onların hərəkətlərini tənzimləyən hüquqi və fiziki şəxslərdən paytaxtın mərkəzinə səfərlərini məhdudlaşdırmaları tövsiyyə olunur".

"Şəxsi minik avtomobili ilə hərəkət edən vətəndaşlarımızın isə paytaxtın küçə və prospektlərində parkalanma imkanlarının az olduğunu nəzərə almaqla ictimai nəqliyyata üstünlük vermələrini, xüsusilə də bu dövrdə dayanma və durma qaydalarına riayət etmələrini, sürücülərin DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini xahiş edirik", - DYP nümayəndəsi əlavə edib. 

"Formula-1"in 2021-ci il Azərbaycan Qran Prisi

Xatırladaq ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi 4-6 iyun tarixlərində keçiriləcək. Bu yarışlar Bakıda 2016-cı ildən keçirilir. Bakıda təşkil olunmuş ilk belə yarış Avropa Qran-prisi adlanırdı. Həmin yarışlarda ulduz səfir ikiqat dünya çempionu Fernando Alonso idi. 2017-ci ildən etibarən Bakıda keçirilən yarış artıq Azərbaycan Qran-prisi adlandırılmağa başlayıb.

Ötən il Azərbaycan Qran-prisinin təşkilatçısı olan Baku City Circuit əməliyyat şirkəti koronavirus pandemiyası üzündən yarışları təxirə salmalı olub. Bununla bağlı olaraq Bakıda keçiriləcək yarışların müddəti daha bir il, 2024-cü ilə qədər uzadılıb. Elə həmin səbəbdən cari "Formula-1" yarışları tamaşaçılarsız keçiriləcək.

Həmçinin oxuyun: 

* "Formula 1" üzrə Azərbaycan Qran-prisinin cədvəli: onlayn necə baxmaq olar

* Bas qaza! Bakıdakı "Formula-1" trassının test-drayvı

* "Formula 1"lə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır

* BNA-dan xəbərdarlıq: Səkkiz gün ərzində paytaxtın bəzi küçələrində hərəkət dayandırılacaq

Xəbər lenti
0