ELM

Valideynləri sevindirəcək qərar: Repetitora bir ətək pul xərcləmək lazım gəlməyəcək

© Sputnik / Murad OrujovУченики около одной из бакинских школ
Ученики около одной из бакинских школ - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Bu, həmçinin pandemiya dövründə uzun müddət virtual dərslərə qoşulan şagirdlərin ünsiyyəti baxımından da səmərəli olacaq.

BAKI, 27 may — Sputnik, Zülfiyyə Quluyeva. Günüuzadılmış qruplar dedikdə hər kəsin gözündə sovet dövrünün təhsil sistemi canlanır. Çünki Azərbaycanda günüuzadılmış qruplarla bağlı ənənə sovetlər birliyinin süqutundan sonra davam etmədi. Bəzi məktəblərdə beş-altı il əvvəl belə qruplar fəaliyyətə başlasa da, onların ömrü çox qısa oldu.

Bu günlərdə isə Azərbaycanda "Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası" təsdiqlənib. Bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Sənədin surəti artıq ümumi təhsil müəssisələrinə göndərilib. Qərara əsasən, qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq.

Bəs görəsən, günüuzadılmış qruplar hansı funksiyanı yerinə yetirəcək? Onların sovet dövründəki günüuzadılmış qruplardan fərqi nədə olacaq?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, günüuzadılmış qrupların yaradılmasında əsas məqsədlərdən biri işləyən valideynlərə dəstək vermək, həmin uşaqları iş gününün sonuna qədər məktəbdə saxlamaqla onlara ev tapşırıqlarının hazırlanmasında kömək etməkdir.

DİN əməkdaşları - Sputnik Azərbaycan, 1920, 17.04.2021
Repetitor karantin qaydalarını pozaraq 22 şagirdlə bir otaqda dərs keçdi, saxlanıldı
 

Onun sözlərinə görə, şagirdlər məktəbdə olanda özlərini daha arxayın və rahat hesab edəcəklər:

"Günüuzadılmış qruplarda şagirdlərin proqram materiallarını səmərəli mənimsəmələrinə dəstək məqsədilə ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət veriləcək, şagirdlərə müstəqil öyrənmə bacarıqları aşılanacaq, cütlükdə və kiçik qruplarda öyrənmə təmin ediləcək".

N.İsrafilov deyir ki, dövlət hesabına maliyyələşən bu qrupların yaradılmasında əsas məqsəd hər iki valideyni çalışan azyaşlı şagirdləri dərsdən sonra nəzarət altında saxlamaq, asudə vaxtlarını səmərəli təşkil etmək, ev tapşırıqlarının hazırlanmasına istiqamət verməkdir. Onun sözlərinə görə, burada vacib məqamlardan biri də odur ki, qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq. Tədris ili ərzində şagirdlərin qrupdan çıxması ilə bağlı qrupda şagird sayının azalması onun fəaliyyətinin davam etməsinə təsir göstərməyəcək".

Həmsöhbətimiz bildirir ki, günüuzadılmış qruplar hələ sovetlər birliyi dövründən mövcud olub və müasir dövrümüzdə də dünyanın inkişaf etmiş əksər ölkələrində onların fəaliyyətinə geniş yer verilir:

"Əgər səhv etmirəmsə, təxminən 5-6 il bundan əvvəl təkcə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 300-dən bir qədər artıq məktəbdə 200-ə yaxın günüuzadılmış qrup fəaliyyət göstərirdi. Bu qruplara 4000-nə yaxın şagird cəlb olunmuşdu. Müəllimlər şagirdlərin qidalanmasına, onların gəzintiyə çıxarıldılmasına, şifahi və yazılı ev tapşırıqlarının hazırlanmasına nəzarət edirdi".

Təhsil eksperti Kamran Əsədov isə deyir ki, günüuzadılmış qrupların fəaliyyəti ev tapşırıqlarının məktəbdə, dərsdən sonra hazırlanmasından ibarət olmamalıdır. Onun sözlərinə günüuzadılmış qruplar əsasən qabiliyyət, yaradıcılıq tələb edən fənlər üzrə tədrisi özündə əks etdirməlidir. O bildirir ki, günüuzadılmış qruplar dərsdənkənar məşğələ kimi olmalıdır. K.Əliyev deyir ki, təəssüf ki, bəzi valideynlər günüuzadılmış qrupları yay məktəbləri ilə dəyişik salırlar. 

Детский сад, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Bağçalar və repetitor hazırlığı ilə bağlı hansı qərar veriləcək?

Ekspertin sözlərinə görə, günüuzadılmış qrupların fəaliyyətində əsas məqsəd şagirdlərə onlarda formalaşdırılması zəruri olan bacarıqları inkişaf etdirmək olmalıdır:

"Bu rəsm, idman, şahmat və sairlə bağlı ola bilər. Günüuzadılmış qrup heç də o demək deyil ki, şagird dərsdə keçdiyi fənnləri təkrak keçəcək. Bu daha çox yaradıcılıq tələb edən sahələr üzrə uşaqlarda bu yöndə bacarıqları formalaşdırmaq məqsədi daşıyır. Yay məktəblərində isə Azərbaycan təhsil tarixində ilk dəfə həyata keçiriləcək. Şagirdlərdə bir neçə həftə ərzində elmi biliklər aşılanacaq. Yay məktəbləri ilə yanaşı günüuzadılmış qruplarda da şagirdlər könüllü iştirak edəcəklər. Günüuzadılmış qrupların fəaliyyəti dəstəklənəndir. Bu, həmçinin pandemiya dövründə uzun müddət virtual dərslərə qoşulan şagirdlərin ünsiyyəti baxımından da səmərəli olacaq. Çünki pandemiya dövründə rəsm, şahmat, idman kimi dərslər virtual keçirildiyindən, istedadlı şagirdlər öz bacarıqlarını nümayiş etdirə bilmədilər. Onların bərpası üçün bu addım vacibdir. Bu, işlədiklərinə görə övladının dərsləri ilə məşğul ola bilməyən valideynlər üçün də bir növ dəstəkdir", - deyə K.Əliyev bildirir.

Valideynlər də günüuzadılmış qrupların fəaliyyətinə sevinir. Valideyn Gülnar Səfərova deyir ki, işlədiyi üçün övladının dərsləri ilə məşğul olmağa vaxtı çatmır. Naəlac qalıb uşağını yaşadığı qəsəbədəki ibtidai sinif müəlliminin yanına hazırlığa qoyur: "Amma özüm işlədiyimdən uşaq hazırlığa gedib-gələnə qədər narahat qalıram".

Valideyn hazırlıq üçün ayda 100 manat ödədiyini, buna da maddi imkanı çatmadığını söyləyir. G.Səfərova bildirir ki, günüuzadılmış qrupların təşkili həm şagirdlər, həmçinin də valideynlər üçün səmərəlidir.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, günüuzadılmış qruplara şagirdlər tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcək və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək. Qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq.

Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.12.2020
CƏMİYYƏT
Repetitor xidməti və tədris kurslarının fəaliyyəti dayandırılır

Qrupda məşğələlər sentyabrın 15-dən iyunun 14-dək aparılacaq, tətil müddətləri ibtidai siniflərin tətil günlərinə uyğun, qrupda həftəlik dərs norması isə 30 saatdan çox olmayaraq müəyyən ediləcək. Tədris ili ərzində şagirdlərin qrupdan çıxması ilə bağlı qrupda şagird sayının azalması onun fəaliyyətinin davam etməsinə təsir göstərməyəcək. Onun sözlərinə görə, qrupun işinin təşkili və idarəolunması qaydası da müəyyənləşib. Belə ki, qrupda məktəbdəki növbəlilikdən asılı olaraq dərsdən sonrakı və ya dərsdən əvvəlki vaxtlarda şagirdlərin proqram materiallarını səmərəli mənimsəmələrinə dəstək məqsədilə ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət veriləcək, şagirdlərə müstəqil öyrənmə bacarıqları aşılanacaq, cütlükdə və kiçik qruplarda öyrənmə təmin ediləcək.

Qrup beşgünlük iş həftəsi ilə fəaliyyət göstərəcək, onun iş rejimi məktəbin direktorunun əmri ilə təsdiq ediləcək. Məktəbin direktoru qrup üçün lazımi şərait yaradılmasına və qrupda təlim-tərbiyə işinin ümumi təşkilinə, uşaqların sağlamlığı və onların təhlükəsizliyinə məsuliyyət daşıyacaq. Qrupda şagirdlərin hərəkət aktivliyi (gəzinti, hərəkətli və idman oyunları) təmin ediləcək, əlverişli hava şəraitində açıq havada gəzintinin və məşğələlərin müddəti ən azı 1 saat təşkil edəcək.

Həmçinin oxuyun: 

* Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər

* Repetitorlar qiymətləri qaldıracaqlar

Xəbər lenti
0