05:43 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
26 0 0

Emin Əmrullayev: "Hazırda kurslara gedən şagirdlər böyük yaşlılardır və onların maskadan istifadə etməsi mümkündür".

BAKI, 16 oktyabr — Sputnik. "Nazirlər Kabinetinin qərarı yalnız təhsil müəssiəslərinə aiddir. Repetitor və digər təhsillə məşğul olan qurumlara aid edilmir. Ona görə də, təhsilalanlar üçün repetitorluq fəaliyyəti davam edə bilər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün Operativ Qərərgahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, əgər repetitorluq fəaliyyəti normalara uyğun davam edərsə, problem olmaz: "Hazırda iqtisadi fəaliyyətə təsir edəcək məhdudiyyətlərə qadağa qoyulmayıb. Tibbi Ərazi Bölmələrinin İdaəretmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva isə bildirib ki, təhsil kursları ilə bağlı bəlli bir tələblər var:

"Biz tövsiyə etmişdik ki, azyaşlı şagirdlər maskadan istifadə etməsin. Amma yuxarı siniflərin maska istifadəsi üçün heç bir problem yoxdur. Hazırda kurslara gedən şagirdlər böyük yaşlılardır və onların maskadan istifadə etməsi mümkündür. Ona görə də kurslarda gigiyenik qaydalara və tibbi maskadan istifadəyə nəzarət olmalıdır".

Əsas mövzular