Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Antibiotikləri ixtisara salmalı: Xəstəlik üstünə xəstəlik gətirən dərmanlara əlvida

© AFP 2024 / GEORGE FREYТаблетки, фото из архива
Таблетки, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Gentamisinlə doldurulmuş nanohissəciklər bağırsaq çöplərinin 38 növünə qarşı səmərəli olub. Nanohissəciklərin üzərinə gümüş hissəcikləri çökdürüldükdən sonra isə onların sayı 47-yə çatıb.

BAKI, 27 may — Sputnik. Rusiyanın "MİSiS" Elmi-tədqiqat texnologiya universitetində (ETTU) antibiotiklərin infeksiya ocağına dəqiq çatdırılması üçün nanohissəciklər hazırlanıb. İnstitut mütəxəssislərinin sözlərinə görə, bu cür nanomaterialların istifadəsi bəzi hallarda müalicə üçün tətbiq olunan antibiotiklərin həcmini 6-7 dəfə azaltmağa imkan verir. Bunu sayəsində orqanizm daha az yüklənir və xəstəlik törədicilərinin dərmanlara adaptasiyası sürəti də azalır.

Təcrübələrin nəticələri "American Chemical Society Applied Materials Interfaces" məcmuəsində dərc olunub.

Alimlərin sözlərinə görə, dünyada antibiotiklərdən istifadə genişlənir. Bu da xəstəlik hallarının artması, yeni infeksiyaların meydana çıxması və reseptsiz buraxılan dərmanlardan həkim nəzarəti olmadan istifadəsi ilə bağlıdır.

Antibiotiklər - Sputnik Azərbaycan, 1920, 18.01.2019
SƏHİYYƏ
Komitə sədri: "Antibiotiklər reseptsiz satılmamalıdır"

Mütəxəssislər qeyd edir ki, antibiotiklərdən daim istifadə olunması mikroblarda həmin dərman vasitələrinə qarşı davamlılıq yaradır – hazırda ənənəvi antibiotiklərin əksəriyyəti bir çox bakterial xəstəlik törədicilərinə qarşı gücsüzdür.

Lakin yeni antibiotikin hazırlanması üçün 10-20 il tədqiqat və kliniki təcrübələrin aparılması zəruridir. Dərman terapiyası isə hələ də infeksiyalarla əsas mübarizə metodu olaraq qalır.

Problemin həlli yollarından biri mikroblara qarşı nanohibridlərdən istifadədir. Belə ki, bu maddələr xəstə üçün yan təsirlər olmadan xəstəlik törədicilərinin dərmanlara qarşı davamlığının öhdəsindən gəlməyə imkan verir.

Alimlərin qənaətinə görə, bu preparatların əsas üstünlüyü antibiotikin dozasının azaldılmasıdır ki, bu da orqanizmin yüklənməsini aşağı salır və mikroblarda dərmanlara qarşı davamlılığı azaldır.

Медицинский работник делает укол - Sputnik Azərbaycan, 1920, 19.11.2015
SƏHİYYƏ
Son vaxtlar antibiotiklər niyə təsir etmir?

Haqqında danışılan nanohissəciklər "MİSiS" ETTU, Tətbiqi mikrobiologiya və biotexnologiya dövlət elmi mərkəzi və Bax adına Biokimya İnstitutunun mütəxəssisləri tərəfindən birgə hazırlanıb. Onların sözlərinə görə, tərkibində gümüş hissəcikləri ilə heksogen bor nitritinə (h-BN) əsaslanan yeni nanohibrid bakteriyalar və göbələklər əleyhinə yüksək effektivlik nümayiş etdirib.

"Ölçüsü 100 nanometr olan h-BN nano-hissəcikləri qazın kimyəvi çökdürülməsi yolu ilə alınır, sonra isə onun üzərinə Argentium nitratının ultrabənövşəyi parçalanma yolu ilə gümüş hissəciklər çökdürülür. Beləliklə, nanohissəciklərin daxili antibiotiklərlə doldurulur ki, onlar da preparat bədənə yeridildikdən sonra tədricən, doqquz gün ərzində orqanizmə çatdırılır", – deyə tədqiqatın müəlliflərindən biri, "MİSiS" ETTU-nun "Qeyri-üzvi nanomateriallar" laboratoriyasının mühəndisi Kistina Qudz bildirib.

Tədqiqatçılar qeyd edir ki, yeni nanohibridlər hazırda bazarda olan antibiotiklərdən daha az miqdarda bioloji aktiv maddədən istifadə etməklə bakteriya və göbələk populyasiyalarını məhv etməyə qadirdir. Bəzi hallarda bu fərq 6-7 dəfəyə çatır. Məsələn, E.Coli U-122 (bağırsaq çöpü növü) ştammına qarşı Gentamisin preparatının zəruri konsentrasiya miqdarı 256 mq/l olduğu halda, bu preparatla nanohibrid analoji nəticəni artıq 40 mq/l-də əldə olunur.

Analiz - Sputnik Azərbaycan, 1920, 12.06.2018
Yeni bakteriya aşkarlanıb, antibiotiklər təsir etmir

"Gümüş hissəciklərindən istifadə bakteriyalar əleyhinə əlavə təsir yaradır. Gentamisinlə doldurulmuş nanohissəciklər bağırsaq çöplərinin 38 növünə qarşı səmərəli olub. Nanohissəciklərin üzərinə gümüş hissəcikləri çökdürüldükdən sonra isə onların sayı 47-yə çatıb", – deyə Qudz bildirib.

Bundan əlavə, alimlər bildirirlər ki, alınmış nanohissəciklər daha çox antibiotik "yükünü" daşımağa, asanlıqla qan-damar sistemindən hüceyrələrə və əksinə daxil olmağa, beləliklə də dərmanın yoluxma ocağına fasiləsiz çatdırılmasını təmin etməyə qadirdir.

Mütəxəssislər bildirir ki, yeni preparat artıq 50-dən çox bakteriya və göbələk üzərində laborator testlərdən keçirilib.

Hazırda mütəxəssislər yeni nanohibridlərin kliniki sınaqlara qədərki testləri ilə məşğuldurlar. Tədqiqat RHF № 20-19-00120 layihəsi çərçivəsində aparılır.

Xəbər lenti
0