BAKI, 18 yanvar - Sputnik. “Dünyada reseptsiz antibiotik satmaq mümkün deyil. Artıq dünyada qəbul edilib ki, antibiotiklərdən lazım oldu-olmadı istifadə etmək son dərəcə təhlükəlidir”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, antibiotiklərlə bağlı çox ciddi qanun layihəsi hazırlanmalıdır: “Antibiotiklər reseptsiz satılmamalıdır. Eyni zamanda, antibiotiklərin keyfiyyətinə nəzarət artırılmalıdır”.