BAKI, 26 may — Sputnik. Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu ölkənin Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşü zamanı İran-Naxçıvan-Ermənistan dəmiryolundan danışıb.
Sputnik Ermənistan yazır ki, o, görüş zamanı pandemiyadan sonra İran və Ermənistanın ikitərəfli iqtisadi əlaqələri möhkəmləndirə biləcəyinə əminliyini ifadə edib. Zərif vurğulayıb ki, Mehridə azad ticarət zonası, həmçinin İran – Naxçıvan – Ermənistan dəmiryolunun mövcudluğu hər iki ölkə üçün olduqca effektiv ola bilər.
Vurğulanır ki, görüş zamanı tərəflər, həmçinin regionda vəziyyət, sabitlik və təhlükəsizliyə dair fikir mübadiləsi aparıblar.
* Lavrov: Qarabağla bağlı razılaşmalar uğurla icra olunur
* Azərbaycan, Ermənistan və Rusiya arasında növbəti üçtərəfli görüş nə vaxt keçiriləcək?