Lavrov: Qarabağla bağlı razılaşmalar uğurla icra olunur

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 24.05.2021
Abunə olmaq
Yanvarın 30-dan etibarən bölgədə türkiyəli tərəfdaşlarla birgə atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə birgə mərkəz fəaliyyət göstərir.

BAKI, 24 may — Sputnik. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci illərdə olan bəyanatlarında təsbit olunan üçtərəfli razılaşmalar ümumilikdə uğurla icra olunur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumenti i faktı" nəşrinə müsahibəsində bildirib.

"Söhbət münaqişənin humanitar və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpasından gedir. Rusiyanın yardımı erməni dostlarımız tərəfindən yüksək qiymətləndirilir", - deyə Lavrov qeyd edib.

Rusiyalı nazir qeyd edib ki, yanvarın 30-dan etibarən bölgədə türkiyəli tərəfdaşlarla birgə atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə birgə mərkəz fəaliyyət göstərir.

Государственный секретарь США Энтони Блинкен во время встречи с министром иностранных дел РФ Сергеем Лавровым на полях Арктического совета в Рейкьявике - Sputnik Azərbaycan, 1920, 20.05.2021
SİYASƏT
Blinkenlə Lavrov Azərbaycan və Ermənistanı müzakirə etdi

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Həmçinin oxuyun:

Blinkenlə Lavrov Azərbaycan və Ermənistanı müzakirə etdi

Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışdırılmasına ehtiyac yoxdur"

Xəbər lenti
0