CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan KİV: Azərbaycan hərbçiləri Zərkənd istiqamətində yeni mövqeyə yerləşiblər

© AFP 2024 / STRINGERАзербайджанский военнослужащий, фото из архива
Азербайджанский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
Ermənistan Silahlı Qüvvələri azərbaycanlıları qabaqlayaraq bu yüksəklikdə mövqe qura bilərmiş, lakin bunu etməyiblər.

BAKI, 22 may — Sputnik. Azərbaycan hərbçiləri Ermənistanla təmas xəttində bu ölkənin Basarkeçər rayonu (Geğarkunik) Zərkənd kəndi (Kut kəndi) istiqamətində yüksəklikdə mövqeyə yerləşiblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "razm.info" hərbi-analitik portalı məlumat yayıb.

Nəşr sosial şəbəkənin Ermənistan seqmentində yayılan videodan yüksəkliyin yerini müəyyənləşdirib. Yüksəklik Zərkənddən 6 kilometr şimal-şərqdə yerləşir.

Nəşr vurğulayır ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlıları qabaqlayaraq bu yüksəklikdə mövqe qura bilərmiş, lakin bunu etməyiblər.

Qeyd edək ki, mayın 20-si Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşır. Paşinyan Ermənistan hökumətinin iclasında bildirib ki, bu sənəd 100% Ermənistanın maraqlarına cavab verir. O bildirib ki, əgər Azərbaycan öz razılığını versə, onda o, bu sənədi imzalayacaq: "Əgər Azərbaycan bizim razılaşmalarımızı yerinə yetirsə və haqqında danışdığımız şərtləri yerinə yetirsə, mən bu sənədi imzalayacağam".

O bildirib ki, danışıqlar hələ də davam etdiyindən sənədin mətnini açıqlamır. Paşinyan deyib ki, işçi sənədi açıqlamaq düzgün deyil.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Eləcə də oxuyun:

* Paşinyan Azərbaycana görə Təhlükəsizlik Şurasını topladı

* Ceyhun Bayramov: "Ermənistan 10 noyabr bəyanatının şərtlərini pozur"

* Azərbaycan və Ermənistan hərbçiləri arasında dava, 11 erməni hərbçisi xəstəxanada

 * "Azərbaycan üçtərəfli bəyanatı tam icra edəcək" - Spiker

 

Xəbər lenti
0