Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əskinasları yastığın altına yığmayın, vahid ödəniş sistemi qapıdadır

© Sputnik / Anar MustafayevДевушка производит платеж через терминал оплаты на станции бакинского метрополитена
Девушка производит платеж через терминал оплаты на станции бакинского метрополитена  - Sputnik Azərbaycan, 1920, 24.05.2021
Xəbərlərə abunə olun
"Vahid ödəmə deyəndə bütün bank hesabları vahid ödəmə sisteminə bağlı olur, vergiləriniz avtomatik hesablanır, hər yerdə eyni ödənişdən istifadə etmək mümkündür"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 may — Sputnik. Gələn il Avropa ödənişlər məkanında "Avropa ödənişlər təşəbbüsü" layihəsinin həyata keçirilməsi gözlənilir. Layihənin məqsədi Avropadakı istehlakçılar və satıcılar üçün vahid ödəmənin yaradılmasıdır. Bu, özündə ödəmə kartlarını və rəqəmsal cüzdanları birləşdirəcək və beləcə bütün nağdsız ödəniş formalarını idarə etmək mümkün olacaq. Bu addım Avropada nağdsız ödənişlər bazarının mənzərəsini əhəmiyyətli şəkildə dəyişdirəcək. Layihənin müəllifləri hesab edirlər ki, bu təşəbbüs "Visa"və "Mastercard", eləcə də "Apple Pay"və Çin ödəmə şəbəkələrinin mövqelərini zəiflədəcək.

Bəs, Azərbaycanda da vahid nağdsız ödəniş sistemini qurmaq mümkündürmü və bu, nə zaman ola bilər?

Оплата телефоном, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.11.2019
İQTİSADİYYAT
Telefonunuzu çıxarıb ödəyin: "Nağdsız" ödənişin yeni üsulu çox şey vəd edir

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, bu gün Avropada pul-kredit siyasətində nağdsız ödənişlərdə yalnız plastik kartlardan deyil, digər alətlərdən istifadə edilməsi ən çox müzakirə edilən məsələlərdəndir:

"Eyni zamanda MDB ölkələrində də oxşar təşəbbüsün tətbiqi ilə bağlı məsələlər öyrənilir. Azərbaycan nağdsız hesablaşmaları dəstəkləyən ölkələrdəndir və ölkəmizdə vəsaitin nağdlaşdırılması ilə bağlı xüsusi limitlər var. Bu, ƏDV ödəyiciləri üçün aylıq 30 min manatdır, sadələşdirilmiş vergi ödəyiciləri üçün isə aylıq 15 min manatdır. Və digər ödənişlər yalnız nağdsız şəkildə həyata keçirilməlidir. Lakin statistika göstərir ki, vətəndaşlarımız hələlik daha çox nağd şəkildə ödənişlərə üstünlük verirlər.

Ölkədə plastik kartları olan vətəndaşların sayının çox olmasına baxmayaraq plastik kartla ödəniş edənlərin sayı elə də çox deyil. Statistikaya görə, ölkəmizdə plastik kartlardan istifadə edənlərin sayında artımlar var, amma hələ də nağd ödənişlər üstünlük təşkil edir".

İqtisadçı, professor Elnur Sadıqov - Sputnik Azərbaycan, 1920, 04.04.2021
Dollara tələbat azalır, nağdsız ödənişlər artır – professor səbəbləri şərh edir

Deputat bildirib ki, sözügedən təşəbbüsə Azərbaycanın qoşulması məsələsi də müzakirə olunur:

"Burada nağdsız ödənişlər ilə bağlı alətlərin şaxələndirilməsindən söhbət gedir. Azərbaycan blokçeyn texnologiyasını, eyni zamanda digər nağdsız ödənişlər ilə bağlı mövcud alətlərdən istifadə imkanlarını öyrənir. Bu təşəbbüslərin reallaşması üçün zaman lazımdır. Hətta Avropanın özündə belə bir sıra ölkələrdə bu təşəbbüsün reallaşması üçün vaxt lazım olacağı gözlənilir".

"Hazırda Azərbaycan nağdsız ödənişlərin dairəsinin genişləndirilməsi və yeni alətlərdən istifadə ilə bağlı məsələləri pul-kredit siyasətində prioritet edib. Amma belə ideyaların reallaşması vaxt istəyir. Vətəndaşlarda nağdsız ödənişlər ənənəsinin yaradılması da çox vacibdir. Yeni alətlərdən istifadə edilməsi təqdirəlayiqdir. Amma bütün hallarda bu tip təşəbbüslərin reallaşması qısa müddətli dövrü əhatə etməyəcək", -deyə deputat əlavə edib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, Avropa İttifaqı ölkələri çoxdandır bununla bağlı işlər aparırlar: "Lakin bu təşəbbüsü qısa zamanda həyata keçirmək mümkün deyil. Çünki hələ də Avropada vahid nağdsız ödəniş sisteminə keçməkdə çətinlik çəkən ölkələr var. Bu təşəbbüsün həyata keçirilməsi bir az zaman alacaq. Vahid ödəniş sistemlərinin əsas məqsədi nəzarətsiz pul axınlarının, vergidən yayınmağın qarşısını almaq, çirkli pulların dövriyyəsini minimuma endirməkdir.

Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.01.2021
İQTİSADİYYAT
Nağdsız cəmiyyət qurulur

Yəni bir neçə il ərzində vahid ödəmə sisteminə keçid baş verəcək. Amma bu, o demək deyil ki, digər sistemlər qadağan ediləcək, xeyir. Digər ödəniş sistemləri də işləyəcək. Sadəcə Avropa İttifaqı ölkələri çalışacaqlar ki, vahid ödəniş sistemi vətəndaşlar üçün daha cəlbedici olsun və onlar könüllü şəkildə bu sistemə keçsinlər. Digər ödəniş sistemlərinə ziyan ancaq bu zaman dəyə bilər".

O bildirib ki, yaxın illərdə bu təşəbbüs Azərbaycan üçün də hədəf kimi götürülə bilər: "Amma hazırda bizim üçün əsas hədəflərdən biri nağdsız ödənişlərin həcmini artırmaqdır. Sonra növbəti addım kimi vahid ödəniş sistemi ilə bağlı müəyyən layihələr həyata keçirmək mümkündür. Pandemiya ilə bağlı nağdsız ödənişlərdə artımlar var, amma yenə də geridəyik".

"Vahid ödəmə deyəndə bütün bank hesabları vahid ödəmə sisteminə bağlı olur, vergiləriniz avtomatik hesablanır, hər yerdə eyni ödənişdən istifadə etmək mümkündür"-deyə iqtisadçı əlavə edib.

Həmçinin oxuyun:

* Azərbaycanda nağdsız ödənişlərdə ciddi artım olub

Nağdsız cəmiyyət qurulur

Azərbaycanda Ani Ödənişlər Sistemi istismara verilib

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала