Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bu, Azərbaycanla imzalanacaq sənəddir - Paşinyan

© pixabay / Free-PhotosSənəddə imza, arxiv şəkli
Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Xəbərlərə abunə olun
НовостиTelegram
Sosial şəbəkələrdə üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan sənədinin üzü paylaşılır. Həmin sənədə görə, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə xüsusi komissiya yaradılır.

BAKI, 20 may - Sputnik. Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası bardə sosial şəbəkələrdə dolaşan sənəd layihəsinin həqiqi olduğunu təsdiq edib. 

Spıutnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən bildirir. 

Paşinyan cümə axşamı bəyan etmişdi ki, Azərbaycan və Rusiya ilə üçtərəfli danışıqların nəticəsi olaraq yeni sənəd imzalamağa hazırlaşır. Onun sözlərinə görə, beynəlxalq partnyorlarla  əldə olunan danışıqlara görə verilən qərarlar 100% Ermənistanın xeyrinədir.

"Dərc olunmuş sənədin mənim haqqında danışdığım sənəd olduğu barədə sual səsləndi. Bəli, bu həmin sənəddir və mən əminəm ki, bunu Ermənistan müxalifəti, digər məlumatlar kimi, Azərbaycan tərəfindən əldə edib", - Paşinyan parlamentin növbədənkənar iclasında deyib. 

Sosial şəbəkələrdə üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan sənədinin üzü paylaşılır. Həmin sənədə görə, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə xüsusi komissiya yaradılır və mayın 31-dək xüsusi səlahiyyətli şəxslərin başçılıq edəcəyi milli nümayəndə heyətlərinin qurulması planlaşdırılır. İddia olunur ki, komissiya iyunun 30-dək ilk iclasını keçirməlidir. Bunun nəticələrinə görə işlərin aparılması və istiqaməti müəyyən olunmalı, eləcə də səlahiyyətli dövlət orqanlarından olan vəzifəli şəxslərdən ibarət ekspert qrupunun tərkibi təsdiq edilməlidir. Ekspert qrupları iclasdan sonrakı bir ay ərzində öz səlahiyyətləri çərçivəsində tədbirlərin siyahısını təqdim etməlidir.

Eləcə də oxuyun:
* Nə sənəd? Ermənistan prezidenti Azərbaycanla imzalanacaq sənəddən xəbərsizdir

* Paşinyandan sensasion açıqlama: "Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşırıq"

Qaragöl ermənilərin əlinə necə keçdi? Kənd sakini uşaqlıq xatirələrini danışır

* Paşinyan: "Onlar həsrətində olduqları müharibə başlamır deyə od tutub yanırlar"

* Paşinyan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsinin vacib olduğunu bildirib

 

 

Xəbər lenti
0