Paşinyan: "Onlar həsrətində olduqları müharibə başlamır deyə od tutub yanırlar"

© Sputnik / Tabyildyi Kadyirbekov / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян
Премьер-министр Армении Никол Пашинян - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bütün detalları bu axşam açıqlayacağını bəyan edib.

BAKI, 20 may — Sputnik. Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, ölkədəki müxalifət qüvvələri müharibə arzusu ilə alışıb-yanır. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.

"Onlar həsrətində olduqları müharibə başlamır deyə od tutub yanırlar. Üstəlik, hökumətin hərəkətlərində heç bir sui-qəsd planı yoxdur və ola da bilməz", – deyə Paşinyan öz "Facebook" səhifəsində yazıb.

O, bütün detalları bu axşam açıqlayacağını bəyan edib.

Qeyd edək ki, Paşinyan bu gün keçirilən Ermənistan Nazirlər Kabinetinin iclasında Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşdığını bildirib. O, sənədin 100% Ermənistanın maraqlarına cavab verdiyini də vurğulayıb. Paşinyan qeyd edib ki, əgər Azərbaycan öz razılığını versə, onda o, sözügedən sənədi imzalayacaq.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Eləcə də oxuyun:

* Nə sənəd? Ermənistan prezidenti Azərbaycanla imzalanacaq sənəddən xəbərsizdir

* Paşinyan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsinin vacib olduğunu bildirib

Paşinyandan sensasion açıqlama: "Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşırıq"

 

Xəbər lenti
0