Paşinyan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsinin vacib olduğunu bildirib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidАзербайджанская армия вошла в Кельбаджарский район
Азербайджанская армия вошла в Кельбаджарский район - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
"Sərhədlərin dəqiqləşdirilməsi, təsdiqlənməsi və müəyyən mərhələdə demarkasiya və delimitasiyası – təhlükəsizliyin vacib qarantıdır"

BAKI, 20 may — Sputnik. "Sərhədlərin dəqiqləşdirilməsi, təsdiqlənməsi və müəyyən mərhələdə demarkasiya və delimitasiyası – təhlükəsizliyin vacib qarantıdır".

Sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan üçün olduğu kimi Ermənistan üçün da əhəmiyyətlidir, – bunu Ermənistan Baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan bu gün keçirilən hökumətin iclasında bəyan edib.

"Bizim üçün regionda vəziyyətin sabitləşməsi vacibdir. Sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan üçün olduğu kimi Ermənistan üçün da əhəmiyyətlidir. Sərhədlərin dəqiqləşdirilməsi, təsdiqlənməsi və müəyyən mərhələdə demarkasiya və delimitasiyası – təhlükəsizliyin vacib qarantıdır", - deyə o bildirib. 

Azərbaycan XİN-in məlumatına görə, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılıb və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılıb.

Həmçinin oxuyun:

Paşinyandan sensasion açıqlama: "Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşırıq"

Putin və Paşinyan Azərbaycan-Ermənistan sərhəddindəki son durumu müzakirə ediblər

Xəbər lenti
0