Fransadan İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı təşəbbüs

© AP Photo / Khalil HamraРакеты, выпущенные из сектора Газа в сторону Израиля
Ракеты, выпущенные из сектора Газа в сторону Израиля - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
Son bir həftə ərzində BMT Təhlükəsizlik Şurasının dörd iclası keçirilsə də, ABŞ-ın sərgilədiyi mövqe səbəbindən toqquşmalara son qoyulmasını tələb edən bəyannaməni qəbul etmək mümkün olmayıb.

BAKI, 19 may — Sputnik. İsrail ilə Fələstin arasında hərbi əməliyyatların dayandırılması, humanitar dəhlizin açılması və Yaxın Şərq münaqişəsinin kəskinləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında erkən səsvermə keçirilməlidir. Bu məqamlar Fransa, Misir və İordaniya tərəfindən konfliktin həlli ilə bağlı irəli sürülən qətnamə layihəsinin əsas müddəalarıdır. Bu barədə "Euronews" xəbər yayıb.

Qeyd edək ki, son bir həftə ərzində BMT Təhlükəsizlik Şurasının dörd iclası keçirilsə də, ABŞ-ın sərgilədiyi mövqe səbəbindən toqquşmalara son qoyulmasını tələb edən bəyannaməni qəbul etmək mümkün olmayıb.

"Lazım gələrsə, İsrail vətəndaşlarının mənafeyi naminə sülhü qorumağa davam edəcəyik. Əminəm ki, ətrafdakı düşmənlər bizə qarşı aqressiyanın necə baha başa gəldiyini gördülər. Əminəm ki, bundan dərs çıxaracaqlar", – deyə İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən verilən məlumata görə, qarşıdurmanın davam etdiyi 9 gün boyunca fələstinli radikallar İsrail şəhərlərinə 3700 raket atıblar: bunlardan 540-ı düz Fələstin anklavına düşüb, təxminən 90%-i isə "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən dəf edilib.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İsrailin hava hücumları və tanklardan açılan atəş nəticəsində 60-ı uşaq olmaqla 237 nəfər həlak olub. Ölüm hallarının 217-si Qəzzada baş verib.

İsrail tərəfindən isə 12 nəfərin həlak olduğu bildirilir. Təxminən 7000 bina dağıdılıb.

Eləcə də oxuyun:

* Qəzzadakı gərginlikdə gözlənilməz hadisə: hansı görünməz əl baş verənlərə müdaxilə etdi?

* Çavuşoğlu Bayramova zəng etdi – Fələstinə görə

Zərif Roma Papası ilə görüşdü, Ərdoğan isə zəng etdi

Xəbər lenti
0