Qəzzadakı gərginlikdə gözlənilməz hadisə: hansı görünməz əl baş verənlərə müdaxilə etdi?

© AP Photo / Tsafrir AbayovИзраильское артиллерийское подразделение ведет огонь по целям в секторе Газа
Израильское артиллерийское подразделение ведет огонь по целям в секторе Газа - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
Mənbə nəşrə bildirib ki, HƏMAS-ın mövcud vəziyyətdən çıxma yollarını axtarmasına dair əlamətlər var.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. ABŞ rəhbərliyi ümid edir ki, İsrail və Fələstin arasında gərginlik tezliklə səngiyəcək və əmindirlər ki, onların "pərdəarxası" müdaxiləsi münaqişənin uzunmüdddətli inkişafına mane oldu. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Nəşr yazır ki, Ağ Evin nümayəndələri özəl olaraq İsrailin Baş naziri Binyamin Netanyahunu Qəzza zolağındakı hərbi əməliyyatları dayandırmağa çağırıb. Bundan sonra İsrail lideri bəyan etdi ki, hərbi əməliyyatlar "bir neçə günə" bitəcək.

"Politico" qeyd edir ki, ABŞ Misirin də HƏMAS da daxil olmaqla münaqişə tərəfləri ilə danışıqlar aparmasına yardım edib. Onun sözlərinə görə, münaqişənin bitməsi mərhələli şəkildə baş verə bilər. İlk növbədə söhbət humanitar yardımın çatdırılması üçün qarşılıqlı atəşkəsin elan olunmasından gedir.

Xatırladaq ki, Qəzza zolağında İsrail ordusu ilə Fələstinin hərbi qruplaşması arasında raket atəşləri mayın 10-dan intensivləşib. İsrailin yaşayış məntəqələri arasıkəsilmədən raket atəşinə tutulur. Eskalasiyanın başladığı gündən bəri İsrail ərazisinə Qəzza zolağından 3700-a yaxın raket atılıb.

İsrail isə öz növbəsində Fələstinin HƏMAS və "İslami cihad" qruplaşmalarının hədəflərini vurub, bir neçə döyüşçünü, o cümlədən yüksək vəzifəli səhra komandirlərini məhv edib. Ölənlərin sayı onlarla, yaralıların sayı yüzlərlə ölçülür.

Eləcə də oxuyun:

* Ekspert: “Onlar manipulyasiyalar etməklə təsir qüvvələrini artırmaq istəyirlər”

Papa nəhayət Fələstin-İsrail qarşıdurmasına münasibət bildirdi

* Qəzza sektorundan İsrailə daha 60 raket atılıb

 

 

Xəbər lenti
0