Zərif Roma Papası ilə görüşdü, Ərdoğan isə zəng etdi

© © Enzo DE LUCA / ABI / AFPМинистр иностранных дел Ирана Мохаммад Джавад Зариф, фото из архива
Министр иностранных дел Ирана Мохаммад Джавад Зариф, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Görüşün detalları hələ ki, açıqlanmır.Görüşün detalları hələ ki, açıqlanmır.Görüşün detalları hələ ki, açıqlanmır.

BAKI, 17 may — Sputnik. Roma Papası Fransisk bu gün səhər saatlarında Vatikanda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Vatikan dövlətinin mətbuat xidməti yayıb.

Mətbuat xidməti görüşün detallarını hələ ki, açıqlamayıb. Lakin yerli ekspertlərin fikrincə, gündəlikdə olan əsas məsələ Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ola bilər.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Telegram" səhifəsində bildirib ki, Roma Papası Fransisklə telefonla danışıb. Türkiyə Prezidenti bəyan edib ki, "İsrail hücumlarının ünvanı yalnız fələstinlilər deyil, həm də müsəlmanlar, xristianlar və bütün bəşəriyyətdir".

Xatırladaq ki, Qəzza zolağında İsrail ordusu ilə Fələstinin hərbi qruplaşması arasında raket atəşləri mayın 10-dan intensivləşib. İsrailin yaşayış məntəqələri arasıkəsilmədən raket atəşinə tutulur. Eskalasiyanın başladığı gündən bəri İsrail ərazisinə Qəzza zolağından 2900-a yaxın raket atılıb.

İsrail isə öz növbəsində Fələstinin HƏMAS və "İslami cihad" qruplaşmalarının hədəflərini vurub, bir neçə döyüşçünü, o cümlədən yüksək vəzifəli səhra komandirlərini məhv edib. Ölənlərin sayı onlarla, yaralıların sayı yüzlərlə ölçülür.

Eləcə də oxuyun:

Papa nəhayət Fələstin-İsrail qarşıdurmasına münasibət bildirdi

Ərdoğan və Ruhani Fələstindəki vəziyyəti müzakirə ediblər

Cavad Zərifdən sərt addım: İsraili dəstəkləyən ölkəyə səfərini ləğv etdi


Xəbər lenti
0