Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 16 may — Sputnik. Azərbaycanda prokurorluğun işçisi qəflətən dünyasını dəyişib.
Qusar rayon prokurorunun köməkçisi dünən gecə dünyasını dəyişib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü Elşən Məmmədov ürəktutmadan vəfat edib.
E.Məmmədov bir neçə müddət öncə ürəyindən müalicə alıb. Aprelin 20-dən mayın 7-dək səhhətinə görə məzuniyyətdə olub. Bir həftə öncə işə çıxanda özünü təkrar pis hiss edib və evə qayıdıb. Dünən gecə saat 00.30-da Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsindəki evində ürəktutmadan vəfat edib.
Eləcə də oxuyun: