Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İcra başçısının ailəsindən bağ evindəki ölümlə bağlı açıqlama - YENİ TƏFƏRRÜAT

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 07.05.2021
Abunə olmaq
Faktla bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ilə müraciət edilib. Xidmət rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər Rayon Prokurorluğunda hazırda araşdırma aparılır və hələlik fakta görə cinayət işi başlanılmayıb.

BAKI, 7 may — Sputnik. Yevlax rayon icra başçısı Anar Tağıyevin ailəsi ona məxsus evdə asılmış meyitin tapılması haqda yayılan informasiyalara münasibət bildirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, ailədən verilən məlumatda bildirilib ki, həmin evin Anar Tağıyevə heç bir aidiyyəti yoxdur: “Həmin ev Sovet dövründə tikilmiş kiçik bir bağ evidir. Ümumi sahəsi də 12 sotdur. Burada heç bir imarətdən söhbət gedə bilməz. Bu ev Anar Tağıyevə yox, onun atasına aiddir".
Bildirilib ki, intihar etmiş gözətçi Ruslan Səmədov uzun illərdir o evdə yaşayaraq qaravolçuluq edib: "Onun ailəsi ilə məişət zəminində problemləri olub və bu səbəbdən də intihar edib".
Ailə hesab edir ki, bunu A.Tağıyevin imarətində ölüm halı kimi təqdim etmək doğru deyil: "Mərhum R.Səmədovun vəfatından istifadə edib məsələni siyasiləşdirmək düzgün yanaşma sayılmır”.
Qeyd edək ki, daha öncə yayılmış xəbərdə intiharın icra başçısının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranının arxasında yerləşən imarətində qeydə alındığı deyilirdi.

 

--------

13:45

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub.

Sputnik Azərbaycan "Yeni Müsavat"a istinadən xəbərinə görə, mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan şəxs imarətin gözətçisi, 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. Daxil olan məlumata görə, icra başçısı hüquq-mühafizə orqanlarına gözətçininin müəmmalı ölümü ilə bağlı ehtimallarının olmadığını deyib.

Müəmmalı ölümlə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ilə müraciət edilib. Xidmət rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər Rayon Prokurorluğunda hazırda araşdırma aparılır və hələlik fakta görə cinayət işi başlanılmayıb.

Qeyd edək ki, Anar Aqil oğlu Tağıyev 2019-cu ilin oktyabrında Yevlaxın icra başçısı təyin olunub. O, sözügedən təyinata qədər Nəsimi rayon icra başçısının müavini vəzifəsində çalışıb.

Xəbər lenti
0