CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heydər Əliyevin sabiq müşaviri vəfat edib

© pixabay / NoirƏklil
Əklil - Sputnik Azərbaycan, 1920, 13.05.2021
Abunə olmaq
Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunmuşdu.

BAKI, 13 may - Sputnik. Görkəmli hərbi və dövlət xadimi, Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə APA Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən yazır.

Ветеран Великой Отечественной войны Мехти Мехдиев - Sputnik Azərbaycan, 1920, 11.05.2021
CƏMİYYƏT
İki gün səngərdə yaralı qalan tək oğul: "Ailəm il yarım məndən xəbər ala bilməyib"

Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Tofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub. 1930-cu ildə T.Ağahüseynov atası, anası, özündən böyük iki qardaşından ibarət olan ailəsi ilə birlikdə yeddi yaşında olarkən Bakıya köçüblər. T.Ağahüseynov 10-cu sinfi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə verir. 1941-ci ilin sentyabrında isə Bakı Zenit Artilleriya Məktəbinə daxil olur.

Böyük Vətən Müharibəsində 1-ci Belarus cəbhəsində vzvod komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi olub, Visla-Oder və Berlin əməliyyatlarında iştirak edib. Müharibə bitdikdən sonra Tofiq Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalıb.

O, 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olur.

Tofiq Ağahüseynov 1960-64-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna komandirlik edir, 1964-cü ilin sonlarında Volqoqrada göndərilir və diviziya komandiri kimi orada çalışır. 1968-ci ildə general-mayor rütbəsi alır. 1969-cu ildən Rostovda korpus komandiri təyin edilir.

1972-ci ildə general-leytenant rütbəsi alır və 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilir. 1980-ci ildə general-polkovnik rütbəsini alan Tofiq Ağahüseynova həm də Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilir.

O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. Tofiq Ağahüseynova 1982-ci ildə daha böyük bir vəzifə həvalə etdilər. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunur.

Sovet Ordusu sıralarında azad edildikdən sonra T.Ağahüseynov daimi yaşamaq üçün Bakıya qayıdır.

O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

1988-ci ilin oktyabrda ona respublikada "Avtomobil həvəskarları" cəmiyyətinə rəhbərlik etməyi təklif olunur.

Böyük Vətən Müharibəsinin veteranı Abulla Abdullayev - Sputnik Azərbaycan, 1920, 10.05.2021
CƏMİYYƏT
Rokossovskiyə yox deyən Abdulla baba: "Şuşanın xəbərini eşidəndə dözə bilmədim" - FOTO

Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunur. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilir. Bu zaman onun 74 yaşı var idi.

Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. O, “Qırmızı Bayraq”, “Oktyabr İnqilabı”, “Birinci Dərəcəli Vətən Müharibəsi”, “Qırmızı Ulduz” ordenləri il ətəltif olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni və 31 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

Allah rəhmət eləsin!

Xəbər lenti
0