BAKI, 16 may — Sputnik. Polad Bülbüloğlu illər sonra Bülbülün doğulduğu evi ziyarət edib.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın Xalq artisti, opera ifaçısı Yusif Eyvazov özünün media hesabında həmin anı paylaşıb. Bülbülün doğulub boya-başa çatdığı Şuşadakı evindən sadəcə iki divar salamat qalıb.
Şuşaya "Xarı bülbül" festivalı çərçivəsində səfər edən Polad Bülbüloğlu bir neçə sənət adamlarına Bülbülün evi barədə məlumat verib.
O bildirib ki, həmin ev ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən 1983-cü ildən Bülbülün Bakı Muzeyinin Şuşa filialı kimi fəaliyyət göstərib. Burada Bülbülə aid məlumatlar, müxtəlif eksponatlar olub. Amma işğalçılar buranı tam talan edib və hər şeyi dağıdıb.
Eləcə də oxuyun:
* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video