CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

© Photo : State Security Service of the Republic of AzerbaijanВид на Шушу, фото из архива
Вид на Шушу, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.05.2021
Abunə olmaq
Gənc xanəndə Kənan Bayramlının ifa etdiyi “Bayatı Şiraz” muğamından parça festivalın qonaqlarını kövrəldib.

BAKI, 12 may - Sputnik. Bu gün Şuşa şəhərində, Cıdır düzündə baş tutan “Xarıbülbül” musiqi festivalının bədii hissəsi gənc xanəndə Kənan Bayramlının ifası ilə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, xanəndənin ifa etdiyi “Bayatı Şiraz” muğamından parça festivalın qonaqlarını və ölkə başçısı İlham Əliyevi kövrəldib. Mədəniyyət naziri Anar Kərimov isə göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, festivalın açılışı zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ölkə başçısı İlham Əliyev rəsmi açılış nitqi söyləyib. 

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayıb.

Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçirilən festival Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutub.  

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilib.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və "Xarı bülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir.

Dillərə dastan, əfsanə olan Xarı bülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarı bülbülü seyrə çıxıb. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə bəzəyiblər.  Çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin "Qızıl Fond"una daxil olan “Sona bülbüllər” mahnısı xüsisi yer alıb.

Qeyd edək ki, "Xarı bülbül" Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu.

Həmçinin oxuyun:

* İlham Əliyev “Xarıbülbül” festivalının açılışında çıxış edib

* İlham ƏIiyev Şuşaya gedib - VİDEO

Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının başlaması barədə paylaşım edib - VİDEO

* Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır

Xəbər lenti
0