CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyaca məşhur müsabiqədə Azərbaycanı təmsil edəcək müğənninin adı açıqlanıb

© Photo : Courtesy of Tofik Hadjiyev Tofiq Hacıyev
 Tofiq Hacıyev - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
Yarışın açılışında Tamara Qverdtsiteli, Nikolay Baskov, Emin Ağalarov, Dimaş Kudaybergen və başqa ulduzlar çıxış edəcəklər. Müsabiqə Belarusun "Беларусь tv ", "Беларусь 24" və Rusiyanın "Россия 1" telekanallarında canlı yayımlanacaq.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Bu il beynəlxalq "Slavyan bazarı" müsabiqəsi 14-19 iyul tarixində Belarusun Vitebsk şəhərində baş tutacaq. Azərbaycanı "Slavyan bazarı" 2021 Beynəlxalq müsabiqəsində təmsil edəcək müğənninin adı açıqlanıb. Belə ki, bu il ölkəmizi müsabiqədə Tofiq Hacıyev təmsil edəcək. T.Hacıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, müğənninin müsabiqədə ifa edəcəyi mahnı və geyim üzərində işlər gedir: "Müsabiqənin şərtlərinə uyğun olaraq hələ ki, mahnı haqqında məlumat verə bilmərəm. Geyim üzərində isə bir çox modelyerlər öz təkliflərini veriblər. Hələ ki, seçim aparılır".

Onu da qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri yarışmanın keçmiş laureatı, müğənni, prodüser Emin Həsəndir.

Yarışın açılışında Tamara Qverdtsiteli, Nikolay Baskov, Emin Ağalarov, Dimaş Kudaybergen və başqa ulduzlar çıxış edəcəklər. Müsabiqə Belarusun "Беларусь tv ", " Беларусь 24 " və Rusiyanın "Россия 1" telekanallarında canlı yayımlanacaq.

Məlumat üçün bildirək ki, bundan öncə də ölkəmizi beynəlxalq festivallarda uğurla təmsil edən Tofiq Hacıyev həm də "Eurovision 2019" qapalı seçimlərində 4 finalçıdan biri olub. Bildirək ki, "Slavyan bazarı" Avropa ölkələrinin və Böyük Şərqi Avropanın mühüm vokal yarışlarından biridir.

Eləcə də oxuyun: 

Rusiyalı duet Ramazan bayramına mahnı həsr elədi - VİDEO

Əcnəbi müğənni Bakı bulvarını görüb izləyicilərinə tövsiyə etdi - FOTO

Nura afrikalı ifaçı ilə duet oxudu - VİDEO

Xəbər lenti
0