BAKI, 13 may - Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ara Ayvazyanla telefonla danışıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə Ann Linde "Twitter" hesabında bildirib. O qeyd edib ki, ATƏT nümayəndəsi və özünün şəxsi təmsilçisi regiondakı vəziyyəti yaxından izləyirlər.
Talked to my colleagues in Armenia 🇦🇲 @Aivazian_Ara and Azerbaijan 🇦🇿@bayramov_jeyhun today about recent developments on the Armenian-Azerbaijani border. 🇸🇪@OSCE Chairpersonship and my Personal Representative follow the situation closely. #OSCE2021SWE
— Ann Linde (@AnnLinde) May 13, 2021
Azərbaycan Xarici İşlər Nazirliyi də nazir Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığının baş tutduğu barədə xəbər yayıb. Bildirilir ki, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.
Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.
-------
20:25
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.
Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.
Xatırladaq ki, Ermənistan tərəfi sərhədlərin demarkasiyasını aparan Azərbaycan əsgərlərinin guya təxribat törətdiyini və Sünik vilayəti ərazisində irəlilədiklərini bildirir. Qarşı tərəf bununla kifayətlənməyərək KTMT-ni də olaya cəlb etmək istəyir.
Eləcə də oxuyun:
* Nazir Ceyhun Bayramov: “Bu addımlar üçtərəfli bəyanatın yerinə yetirilməsinə mane olur”
* Ceyhun Bayramov: Ermənistandakı revanşist çıxışları təhlükəli hesab edirik
* İlham Əliyevlə Sergey Lavrov nələri müzakirə etdilər - FOTO