CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

UEFA-dan "Qarabağ"la bağlı sərt qərar

© Sputnik / Murad OrujovМатч между ФК "Карабах" и "Силекс"
Матч между ФК Карабах и  Силекс - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ" bu dəfə oynamadan uduzdu. UEFA tərəfindən göndərilən yekun qərarda qarşılaşmanın yenidən keçirilməyəcəyi bildirilib

BAKI, 18 dekabr - Sputnik. Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində İspaniyanın "Vilyarreal" komandası ilə ikinci oyunu baş tutmayacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Qarabağ" klubunun yaydığı açıqlamada deyilir.

Məlum olduğu kimi, "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda "Vilyarreal"la matçı, COVID-19 pandemiyası ilə əlaqədar olaraq UEFA-nın qəbul etdiyi əlavəyə əsasən, komandamızda yetərsay qədər futbolçu olmaması səbəbindən baş tutmamışdı.
UEFA tərəfindən göndərilən yekun qərarda qarşılaşmanın yenidən keçirilməyəcəyi və Ağdam klubuna texniki məğlubiyyət verildiyi bildirilib.

Xatırladaq ki, komandalar oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda üz-üzə gəlmişdilər. Oyunda ilk qolu 78-ci dəqiqədə Kvabena Ovusu vuraraq "Qarabağ"lı azarkeşləri ümidləndirsə də, rəqibin ard-arda vurduğu üç qolla Azərbaycan çempionu məğlub olmuşdu. İkinci oyun dekabrın 10-da keçirilməli olsa da, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) koronavirusa yoluxduğundan təxirə salınmışdı.

Xəbər lenti
0