04:23 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İDMAN
Qısa URL
43 0 0

UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək. Dekabrın 10-u komandamızın "Vilyarreal"la matçı baş tutmayacaq və qarşılaşma haqda qərar UEFA tərəfindən veriləcək.

BAKI, 8 dekabr - Sputnik. "Qarabağ"ımız UEFA Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı "Vilyarreal"la oyun öncəsi növbəti dəfə koronavirus testindən keçib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Qarabağ" Futbol Klubunun Facebook səhifəsində məlumat verilib. Məlumatda qeyd olunur ki, klubun daha iki futbolçusı - Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda testin nəticəsi pozitiv olub.
Ötən testin nəticələri pozitiv olan 7 futbolçu - Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada da nəticə eyni olub.
Bədavi Hüseynov və Patrik Andrade isə zədə səbəbindən növbəti oyunu buraxmalı olacaqlar. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam məşqləri bərpa etməyib.
Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək.
Dekabrın 10-u komandamızın "Vilyarreal"la matçı baş tutmayacaq və qarşılaşma haqda qərar UEFA tərəfindən veriləcək.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Qarabağ fk, "Qarabağ

Əsas mövzular