Vladimir Kornilov, Sputnik Azərbaycan
BAKI, 13 dekabr - Sputnik. Avropa yenə Rusiyanı sərt və amansız sanksiyalarla hədələyir. Bu dəfə koronavirus barədə dezinformasiya yaydığına görə. Bu barədə Avrokomissiyanın “Demokratiya sahəsində fəaliyyət planı” bərkgedən adı olan hesabatda deyilir. Bu sənəd ötəm həftə Brüsseldə ədliyyə məsələləri üzrə avrokomissar Vera Yurova tərəfindən təqdim olunub. O bəyan edib ki, Rusiya və Çinin Avropa demokratiyasına hücumları artıq “cəzasız qalmayacaq”, çünki bu hesabatın bazasında gələn il üçün adıçəkilən “pozucuları” nümayişkaranə cəzalandırmaq üçün qanunverici təşəbbüslər hazırlanır.
Bu Qərbin rəsmi şəxslərinin Rusiyaya qarşı demokratiyanın əsaslarını və COVID-19-a qarşı ümumAvropa mübarizəsini sarsıdan dezinformasiyanı yaymaq ittihamı irəli sürdükləri ilk hadisə deyil. Hələ yazda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə demişdi: "Avropa xarici siyasət xidmətinin bizim ölkələrimizin guya koronavirus barədə yaydığı dezinformasiya barədə bəyanatlarına gəldikdə, bunu hətta şərh etmək düzgün deyil, çünki belə iddiaları təsdiq edən bir fakt belə bizə təqdim edilməyib. Biz heç belə faktları təqdim etməyi xahiş də etmirik. Biz artıq öyrəşmişik ki, qərbli həmkarlarımız getdikcə daha tez-tez Rusiya və ya hansısa digər təhlükələrə qarşı uydurmalarında hər hansı birləşdirici motivlər tapmağa çalışırlar".
Lakin biri var müxtəlif şəxslərin bəyanatları, biri də var Avrokomissiyanın hesabatı. Onun əsasında isə qanunverici təşəbbüs hazırlanır. Ona görə Rusiyanın Avropa qarşısında günahlarının dəlil bazası ilə tanış olmaq hətta maraqlı idi. Lakin məlum oldu ki, “Rusiya və Çinin Avropanın koronavirusla mübarizəsinə qarşı təxribatının” yeganə sübutu Avropa İttifaqının məşhur East Stratcom Task Force “informasiya xüsusi təyinatlısı”dır. East Stratcom Task Force Avropa xarici siyasi fəaliyyət xidmətinin rəsmi bölməsidir və xüsusi olaraq Rusiya ilə informasiya müharibəsi üçün yaradılıb.
Özünün EUvsDisinfo resursunda “Kremlyönümlü dezinformasiyanın məlumatlar bazasını” toplayan bu strukturun özü artıq bir neçə dəfə aşkar feykə görə ilişib. Onun “ekspertlərinin çaşaraq” Avropa İttifaqının media qurumlarını da Rusiya KİV-ləri kimi “kremlyönümlü” adlandırdıqda Niderland parlamentinin deputatları hətta bu strukturun bağlanmasını tələb etdilər. O vaxtdan "informasiya xüsusi təyinatlısı" dərsini aldı və Qərbi Avropa mediasına toxunmamağa çalışır. Lakin onun metodları dəyişməyib: Rusiya barədə eyni şeyləri yazmağa davam edir. Və məhz bu şübhəli anti-Rusiya strukturunun hesabatı RF-nın günahının sübutudur və heabatın əsasına yeni sanksiyalar hazırlanır.
Avrokomissiyanın hesabatında bildirilir ki, EUvsDisinfo-nun bazasında 500-dən artıq COVID-19 barədə kremlyönümlü dezinformasiya var. Srtukturun özü isə 640-dan artıq nümunəyə malik olduğunu deyir. Onlar iddia edirlər ki, bu təxribat kampaniyası öz bəhrəsini verir və sadəlövh avropalılar üçün təhlükə yaradır. Təsdiq üçün bu faktdan istifadə edirlər: "Britaniya vətəndaşlarının üçdə biri inanır ki, araq əl üçün sanitayzer kimi istifadə oluna bilər". Araq (!). Rusların günahını sübut etmək üçün başqa nə sübut lazımdır ki? Ruslardan başqa heç kim britaniyalıların başına bu fikrin yeridə bilməz.
Avrokomissiyanın Rusiyaya qarşı rəsmi ittiham üçün istifadə etdiyi məlumat bazasına hətta ötəri nəzər saldıqda, görürük ki, burada əsasən kimlərinsə şəxsi fikrinə və Rusiyaya aid olmayan resurslara istinad edirlər. EUvsDisinfo-nun gəldiyi nəticələr isə subyektivdi və reallıqla əlaqəsi yoxdur.
EUvsDisinfo-nun kremlyönümlü kimi müəyyən etdiyi fikirlərin Rusiyada məhz dövlət media quruluşları tərəfindən tənqid olunması isə onları narahat etmir. Məsələn, onların Rusiya əleyhinə istinad etdikləri fərdi Youtube kanalı epidemiyanın səbəbi kimi 5G texnologiyaların inkişafını göstərir. Lakin iş ondadır ki, məhz bu kanal həmişə Rusiya dövlət televiziyasını bu konspiroloji nəzəriyyəni ələ saldığına görə sərt tənqid edir. Avropalı ifşaedicilərin məntiqi ilə Rusiya dövlət telekanalları kremlyönümlü baxışla mübarizə aparırlar. Lakin nəyə görəsə EUvsDisinfo belə bir nəticəyə gəlmir.
Bu “feyklə mübarizə aparanların” əsas metodu primitivdir: onlar hansısa Rusiya tok-şousundakı ekspertin fikrini götürürlər və onu Kremlin planı kimi qələmə verirlər. Bəzən öz “sübutlarının” ziddiyyətli olması da onları narahat etmir. Belə ki, bir dəfə onlar Rusiya dövlət mediasını Çini beynəlxalq tənqiddən qorumaqdan günalandırmışdılar. Sübut kimi Dmitri Peskovun COVID-19-un süni mənşəyi barədə konspiroloji nəzəriyyələri təkzib etməsini göstəriblər. Lakin EUvsDisinfo həmişə iddia edir ki, Kreml ardıcıl olaraq virusun süni şəkildə yaradıldığı barədə dezinformasiya yayır. Yəni, belə çıxır ki, Peskov Kremlin siyasətinə qarşı çıxır.
Avrokomissar Yurova Rusiya dezinformasiyasına qarşı sərt tədbirlərdən danışarkən qərbli jurnalistləri “sakitləşdirib”: "Biz “Həqiqət Nazirliyi olmağa hazırlaşmırıq”. Və əlavə edib: "Yeni texnologiyalar dezinformasiya yox, emansipasiya aləti olmalıdırlar. Mən istəmirəm ki, seçkilər çirkin metodların yarışı olsunlar. Bizə Cambridge Analytica və Brexit referendumu bəsdir". Bunu deyən avropalı məmurun özü saxttalaşdırmaya yol verib. Çünki Rusiyanın Brexit-ə müdaxiləsi barədə deyilənlərin hamısı boş çıxdı. Misal üçün, bu günlərdə Britaniya məhkəməsi The Observer-in jurnalisti Karol Kadvalardı Avropa İttifaqından çıxmaq kampaniyasının sponsoru Aaron Benksdən üzr istəməyə məcbur edib. Kadvalard Benksi Kremlə işləməkdə günahlandıdırdı.
Və bu yerdə Yurovanın sözləri aydın olur: Avrokomissiya həqiqətən “Həqiqət Nazirliyi” yaratmağa hazırlaşmır. Avropa İttifaqının rəsmi bölməsinin antiRusiya informasiya kampaniyasının çirkin metodlarına baxsaq, güman etmək olar ki, Brüssel artıq özünün “Yalan Nazirliyi”ni yaradıb. Hətta Oruellin ağlına bu gəlməyib.