Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Baydenin hakimiyyəti dövründə Rusiyanı "dəhşətli sanksiyalar"gözləyirmi?

© AFP 2024 / BRENDAN SMIALOWSKIДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ən ciddi təhdid – Rusiyanın dövlət borcuna investisiya qoyuluşunun qadağan edilməsidir. Lakin bundan ilk növbədə Amerika investorları zərər görəcəklər"

BAKI, 11 noyabr — Sputnik, Natalya Dembinskaya. ABŞ-da hakimiyyət hələ gələn il dəyişəcək, ancaq bir şey aydındır: Co Bayden sələfindən fərqli olaraq Rusya ilə sərt davranacaq. Bir qədər əvvəl demokratlar "dəhşətli sanksiyalar" tətbiq etməyə başlayacaqlarını bəyan ediblər. RİA Novosti-nin məqaləsində bunun Rusiya iqtisadiyyatı üçün hansı təhdidlər yarada biləcəyindən bəhs olunur.

Rusiyanın dövlət borcu

"Rusiyaya qarşı ciddi sərtləşmə siyasətinin həyata keçiriləcəyini gözləyirik. Bayden komandasının Moskvaya bu qədər nifrəti, həqiqətən, təəccüblüdür", – deyə Vaşinqtondakı yüksək səviyyəli Qərb diplomatı "Financial Times"a bildirib.

Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Prezidentliyə başlayan kimi Baydenin ilk verəcəyi qərar bəlli oldu

Ancaq siyasətçi kimi verilən bəyanatlarla prezident postundan söylənilənlər eyni deyil. Bayden nə qədər döyüşkən mövqedə olursa-olsun, Vaşinqtonun Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq qədər maddi vəsaiti yoxdur, – deyə "Bloomberg" qeyd edir.

Ən ciddi təhdid – Rusiyanın dövlət borcuna investisiya qoyuluşunun (Federal Borc İstiqrazları – FBİ) qadağan edilməsidir. Lakin bundan ilk növbədə Amerika investorları – qiymətli kağızları əllərində saxlayanlar – zərər görəcəklər. Və onlar Bayden administrasiyasını məhkəməyə verə bilərlər.

Üstəlik, buna cavab olaraq, Rusiya, nəhayət ABŞ xəzinədarlıq borclarından qurtulacaq. Bu isə həddindən artıq dövlət borcu və nəhəng büdcə kəsiri şəraitində Ağ Ev üçün tamamilə faydasızdır.

"Amerikalılar, böyük ehtimalla, Aleksey Navalnını zəhərləmə cəhdini əllərində bayraq edərək analoji Avropa sanksiyalarını tətbiq edəcəklər. Ancaq söhbət sektoral deyil, şəxsi məhdudiyyətlərdən gedir. Bunun ardınca Moskva ilə dialoqu davam etdirməyə cəhd olunacaq", – deyə Rusya-Asiya Sənaye Birliyinin prezidenti Vitali Mankeviç bildirib. Onun fikrincə, Rusiyanın dövlət borcuna qoyulacaq qadağa yalnız qırmızı xətt keçildiyi təqdirdə "kozır" kimi ortaya atıla bilər.

NATO-nun baş katibi Yens Stoltenberq  - Sputnik Azərbaycan
NATO baş katibindən Baydenə eyhamlı təbrik

"Şimal axını – 2"

Bu enerji layihəsinə təzyiqlərin artacağı daha inandırıcıdır. Hələ 2016-cı ildə Bayden Rusiyanın "Şimal axını – 2" layihəsini "Avropa üçün pis gediş" adlandırmışdı.

"Bu, Ukraynada sabitliyi pozacaq. Avropanın müxtəlif qaz tədarükçülərinə ehtiyacı var", – deyə Bayden ABŞ-ın vitse-prezidenti statusunda olduğu vaxt bəyan etmişdi.

Oktyabr ayının ortalarında demokratların seçki qərargahı yenidən xatırlatdı: namizədlərinin mövqeyi dəyişməyib – o, Rusiya qaz kəmərinə qarşıdır və Avropanın enerji sahəsində Rusiyadan asılılığının aradan qaldırılmasına çalışır".

Ancaq bütün bunların sözdə qalacağı, əməldə isə ABŞ prezidentinin Rusiya ilə sövdələşməyə gedərək layihəyə etiraz etməyəcəyi istisna olunmur.

Amerikanın Virciniya əyalətindən olan keçmiş senator Riçard Blek bu fikirdədir ki, Bayden qaz kəmərinin tikintisinin "səssizcə" başa çatdırılması ilə bağlı Moskva ilə danışıqlara getməyə üstünlük verəcək. Və bunun müqabilində də Vaşinqtonun xeyrinə sövdələşmələrə başlayacaq.

Yaşıl siyasət və OPEC

Bayden administrasiyasının daha bir mənfi aspekti – enerji siyasəti, başqa sözlə, "yaşıl siyasətdir". O, 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar sərmayə yatırmağı və 2050-ci ilə qədər atmosferə atılan tullantıların sıfıra endirilməsini planlaşdırır.

"Baydenin qələbəsindən ən çox faydalananlar tükənməyən enerji mənbələri sahəsində fəaliyyət göstərən şirkətlər və infrastruktur sektorudur. Neft və qaz, əczaçılıq şirkətləri isə özünü daha pis hiss edəcək. Texnologiya şirkətləri də antiinhisar tənzimləməsinin risk zonasına düşə bilər. Bu vəziyyətdə, Rusiya bazarı üçün daha sərt sanksiya ehtimalı artır", - deyə "Finam" investisiya holdinqinin analitikləri "2020-ci ilin dördüncü rübü üçün investisiya strategiyasında" vurğulayırlar.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Tabe ol və yaxud öl: Trampın tərəfdarlarını rus taleyi gözləyir

Nəhayət, Bayden OPEC-ə təzyiq göstərməyə davam edəcək. Məsələn, o, İrana və Venesuelaya qarşı sanksiyaları yumşaltmaqla onların istehsal etdikləri neftin yenidən dünya bazarına çıxmasını təmin edə bilər.

"İran gündə ən azı iki milyon barel neft verə bilər ki, bu da OPEC+ sazişini pozmaq üçün kifayət edir", – deyə maliyyə analitiki Artyom Zvezdin bildirir.

"Rusiyanın sazişdən çıxma riski var və bu zaman saziş pozulacaq. Axı Rusiyanın sazişə qatılmasını asanlaşdıran Donald Tramp olmuşdu", – deyə "Reuters"in istinad etdiyi mənbə vurğulayır.

Neft hasilatının azaldılması barədə saziş pozularsa, neft bazarında qlobal problemlər yaranacaq ki, bu da neft gəlirlərinə mənfi təsir göstərəcək.

Ancaq bütün bunlar hələlik sadəcə fərziyyədir. Baydenin komandası, bəlkə də hakimiyyətə gəldikdən sonra daha konstruktiv siyasət kursu tətbiq etməyə üstünlük verəcək. Və nəhayət, gurultulu bəyanatlar seçki kampaniyasında yaxşı təsir bağışlasa da, real siyasətdə bir o qədər də işə yaramır.

Xəbər lenti
0