CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyanın vaksinini məhv etmək: böyük siyasətdə kiçik saziş

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidПервая в мире зарегистрированная вакцина от коронавируса COVID-19 "Спутник V"
Первая в мире зарегистрированная вакцина от коронавируса COVID-19 Спутник V - Sputnik Azərbaycan
Abunə olmaq
"Böyük siyasətin bulanıq sularında şöhrət tutmaq çox sərfəlidir. Amma bunun ümumiyyətlə elmlə və xüsusilə də tibb və yüz minlərlə həyatın xilas edilməsi ilə heç bir əlaqəsi yoxdur".

BAKI, 18 sentyabr — Sputnik, İrina Alksnis. Koronavirus peyvəndinin hazırlanmasında Rusiyanın liderliyi Qərb üçün sadəcə xoşagəlməz bir sürpriz deyil, həm də siyasi və maliyyə baxımından açıq-aşkar çağırış olub. Bir tərəfdən, geridə qalmış və qeyri-demokratik Rusiyanın mürəkkəb elmi və texnoloji cəhətdən qabaqcıl sahələrdə bu cür irəliləyişləri əldə etməyə haqqı yoxdur. Digər yandan isə elə bir astronomik məbləğ mübahisə mövzusudur ki, onun Qərbin əczaçılıq konsernlərinin əlindən çıxması fikri belə mədə qıcqırmasına səbəb ola bilər. Məsələn, Hindistana yüz milyon dozanın tədarükü ilə bağlı razılaşma nəyə desən dəyər.

Rusiyalı alimlərin işinin nəticələrini nüfuzdan salmaq cəhdləri təəccüblü deyil: böyük siyasət, böyük pullar.

Ancaq köpəkbalıqlarının yanında həmişə onlara yapışan kiçik balıqlar da olur ki, onlara da müntəzəm olaraq ev sahibinin masasından nə isə düşür.

Производство вакцины от COVID-19 на фармацевтическом заводе Биннофарм - Sputnik Azərbaycan
RUSİYA
Qırxa qədər ölkə Rusiyanın vaksininə maraq göstərir

Dünyanın qədim və nüfuzlu "The Lancet" tibb jurnalında "Sputnik V" vaksininin testinin nəticələrinin dərc edilməsi ətrafında da məhz belə bir hekayə baş verib.

Məqalə ildırım sürəti ilə tənqidə məruz qalıb. ABŞ-ın Templ Universitetinin biologiya professoru Enriko Buççinin rusiyalı tədqiqatçıların səhv buraxması ilə bağlı narahatlıqlarını bildirdiyi açıq məktub dünya mediası tərəfindən səs-küylü şəkildə yayılıb. Onu digər qərbli alimlər də dəstəkləyiblər.

"The Lancet" rusiyalı alimlərə soruşulan suallara cavab verməyi təklif edib. Qamaleya Mərkəzi "Sputnik V" vaksininin tam ölçülü klinik tədqiqat protokolunu nəşrə təqdim edib. Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev tənqidçilərin əsas iddialarını açıq şəkildə şərh edən məqalə də dərc edib.

Bununla yanaşı, problem heç də yalnız yerli tədqiqatçıların diqqət yetirdiyi sırf elmi materiyalarda deyil.

Məsələ ondan ibarətdir ki, qalmaqallı məktubun müəllifinin özü kifayət qədər maraqlı şəxsiyyətdir. BBC telekanalının materialında Enriko M. Buççi "yalan elmin əleyhdarı" adlandırılır. Lakin "elmli biznesmen" ifadəsindən istifadə etmək daha doğru olardı.

Производство вакцины от COVID-19 на фармацевтическом заводе Биннофарм - Sputnik Azərbaycan
"Sputnik V" vaksinin birinci partiyası Rusiyanın bölgələrinə göndərilib

2016-cı ildə Buççi "Resis Srl" şirkətini təsis edib. Şirkət elmi işlərin düzgünlüyünün yoxlanılmasında ixtisaslaşır.

Bu, müasir elmdə olduqca dəbdə olan bir mövzudur. Son illərdə çox tez-tez tədqiqatçıların (o cümlədən, nəşr olunmuş məqalələrdə) səhvlərini tuturlar. Bu səhvlər mütləq sui-istifadə və ya fırıldaqçılıqla bağlı deyil – tez-tez adi səhvlər də aşkar olunur ki, bu da alimlərin və hətta bütün elmi institutların nüfuzuna xələl yetirə bilər.

Məhz bu cür problemlərin qarşısını almaq üçün müəlliflər və tədqiqat strukturları tez-tez öz mətnlərinin müstəqil auditi üçün onların dərc edilməsindən əvvəl bu cür işlərdə ixtisaslaşan şirkətlərə müraciət edirlər. Məsələn, Almaniyanın Fritz Lipmann İnstitutu Buççinin şirkətinə belə bir işi görməyi həvalə edib və bunun ətrafında bir müddət əvvəl nəşr olunmuş əsərlərdəki səhvlərlə bağlı qalmaqal yaranıb. Bu hekayə haqqında bir il əvvəl "Nature" jurnalı da ətraflı yazıb.

Burada incə məqam ondan ibarətdir ki, bu cür biznes müəyyən etik məhdudiyyətlər qoyur. Professor Buççi isə bunu yaxşı bilir. Elə həmin "Nature" jurnalında 2019-cu ilin dekabrında elmi işin təmizliyinə və düzgünlüyünə həsr olunmuş məqalə dərc olunub ki, Buççi onun həmmüəllifi olub. Və orada da açıq-aydın göstərilir ki, Enriko M. Buççinin maraqlarının toqquşması ola bilər.

Вакцина от COVID-19 Biotech LTD, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Qərb niyə peyvənd yarışında uduzur

Sadəcə olaraq, kommersiya şirkətinin sahibi ixtisaslaşdığı fəaliyyət haqqında açıq şəkildə məqalələrlə çıxış etdikdə, bu, əslində onun firmasının reklamına çevrilir.

Amma təbii ki, söhbət Rusiya vaksinin "ifşasından" gedirsə, bu cür xırda məqamlar artıq qətiyyən vacib deyil.

Qərb Rusiyanın layihələrini sarsıtmaq və ya heç olmasa, zəiflətmək ümidi ilə əlavə zərbə endirmək üçün Buççinin açıq (həm də özünüreklamı ehtiva edən) məktubundan istifadə edib. Professor özü isə hər hansı bir digər vəziyyətdə xəyal edə bilməyəcəyi bir piarı əldə edib.

Şübhəsiz ki, bu, ona yeni və çox cəlbedici kommersiya müqavilələri şəklində fayda gətirəcək. Böyük siyasətin bulanıq sularında şöhrət tutmaq çox sərfəlidir. Amma bunun ümumiyyətlə elmlə və xüsusilə də tibb və yüz minlərlə həyatın xilas edilməsi ilə heç bir əlaqəsi yoxdur.

Xəbər lenti
0