Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qırxa qədər ölkə Rusiyanın vaksininə maraq göstərir

© Sputnik / AFK Sistema / Mediabanka keçidПроизводство вакцины от COVID-19 на фармацевтическом заводе "Биннофарм"
Производство вакцины от COVID-19 на фармацевтическом заводе Биннофарм - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun 11-i Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib.

BAKI, 4 sentyabr — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) dünyanın 40 ölkəsinin Rusiyanın koronavirus əleyhinə vaksininə maraq göstərdiyini bildirib. Peyvəndlərin tədarükünə artıq bu ilin noyabr ayından başlanıla bilər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu RBİF-in rəhbəri Kirill Dmitriyev bildirib.

"Qamaleya adına İnstitutun gördüyü iş nəticəsində biz 40-a qədər ölkənin vaksinə maraq göstərdiyini görürük", - deyə Dmitriyev bildirib.

O qeyd edib ki, ilkin mərhələdə vaksinlər Rusiya bazarı üçün nəzərdə tutulub: "Biz artıq bu ilin noyabrında vaksinlərin xarici bazarlara çıxarılması imkanlarına malik olacağına fokuslanmışıq".

Xatırladaq ki, avqustun 11-i Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onu qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq.

Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.

Xəbər lenti
0